Icma.az
close
up
RU
Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? DOSYE

Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? DOSYE

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

Milli.Az xəbər verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb. 

Nailə xanımdan sonra fasilələrlə (2005-2007, 2011-ci ildən) kafedraya rəhbərlik edən Kamilə Dadaşzadə onun yeni dövrün yeni meyarları baxımından inkişafına böyük diqqət yetirmişdir.

Konservatoriyanı bitirdikdən sonra uzun müddət aşıqlar birliyində çalışan Kamilə xanım şifahi ənənəli bu ölməz xalq sənətinin bütün sirlərinə dərindən yiyələnmiş, gələcək elmi fəaliyyətini onun tədqiqinə həsr etmişdir. Milli etnomusiqişünaslığın inkişafında böyük xidmətləri olan Kamilə Dadaşzadə 2000-ci ildə "Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair" mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, "Dastanın işarə sistemi" monoqrafiyası, "Musiqi tarixi" dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

K.Dadaşzadə 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə "Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi" adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaşzadənin təşəbbüsü ilə həyata keçirilmişdir. Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış "Azərbaycan mədəniyyət siyasəti" məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Aysel Əkbər
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri