Icma.az
close
up
RU
Rəmiş dastanı Qan Turalı yazır

Rəmiş dastanı Qan Turalı yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Qan TURALI

Aqil Abbasın "Rəmiş" povestini oxudum.

Əslində bu, povest deyil, bu, bir dastandır.

Rəmiş dastanı...

Çünki Rəmiş ifaçı deyil, Rəmiş ozandır.

Ozanlar xalqın ruhunu ifadə edir.

Aqil Abbas, dastandakı adı ilə Şair Rəmişin internetdəki musiqilərinin ya toyda, ya da televiziyadan olduğunu deyir. Onun peşəkar səsyazması yoxdur.

Bu da təbiidir, çünki ozanın sənəti itib-getməlidir.

O, ancaq müasirlərini sehrləyə bilər.

Dədə Qorqud dastanının əlyazması tapılmasaydı, o da itib gedəcəkdi.

Çünki Dədə Qorqud dastanı heç kimin yadında qalmamışdı. Bir möcüzə ilə Dits onu tapmasaydı, Dədə Qorqudun adını da heç kim bilməyəcəkdi.

Eləcə də minlərlə aşıq... Və minlərlə şair... Minlərlə ozan...

Birinin şeiri digərinin adına çıxıb, bir imza altında bəzən beş şairin irsi toplanıb, bəzi əlyazmalar, cünklər isə ümumiyyətlə ortalıqdan buxarlanıb.

Onların irsi ancaq və ancaq son əsrlərdə yığılıb, o zamana qədər isə yaddaşlarda qalan fraqmentlər istisna olmaqla qalanı itib gedib.

Deyirlər ki, müsəlmanın qəbri itməlidir.

Eləcə də ozanın irsi itməlidir.

Şair dastanın ön sözündə belə yazır: "Tarixdə Paqanini adlı bir skripka dahisi olub. Təbii ki, təxminən 250 il bundan əvvəl yaşamış Paqanininin necə ifa elədiyinin bir şahidi qalmayıb, ağızdan ağıza keçib. Deyilənə və yazılanlara inanmaq məcburiyyətindəyik. Yazırlar ki, Paqanini skripka çalanda zaldakı adamların ürəyi gedirmiş".

Eynilə də Rəmişin irsi...

Kafka Yanoux ilə söhbətlərində ozanı belə təsvir edir. "Ozan azad adamdır, onun ürəyinin səsi, daxili instintktləri çox güclüdür. O, bir gün burdadır, sabah başqa yerdə. Ancaq mənim ömrüm bir mənzildə keçir, ona görə də ozanın azadlığı qarşısında utanıram. Ozan həyatın ağırlığını, məşəqqətini digər insanlardan daha güclü formada hiss edir. Ozanın türküsü hayqırışdır, fəryaddır".

Sanki Rəmiş haqdadır...

Rəmişin insanlarla ünsiyyəti ancaq musiqi ilədir.

O, sanki sözlə ünsiyyət qurmaqda çətinlik çəkir, ancaq elə ki, əlinə gitaranı götürür, sanki insanlarla danışır və hətta onları sehrləyir.

"Kamança"da deyildiyi kimi... "Haramzada elə çalır ki, keçən günləri gətirir qoyur adamın qabağına".

Rəmiş nə məktəb oxuyub, nə də kitab. Bircə Şairin verdiyi "Netaçka Nezvanovanı oxuyub, onu da dürüst başa düşməyib.

O, bütün varlığı ilə təbiidir, həyatın özüdür, ruhun yazılı ədəbiyyatdan əvvəlki xalis, saf formasını ifadə edir, o, ruhu duyur, ifa edir, insanlara çatdırır, sözün deyə bilmədiyini sazla deyir.

Rəmiş öləndə yazmışdım ki, Rəmiş və Rəmiş kimi adamlar vəfat etmirlər, dünyadan köçmürlər, eləcə ölürlər...

Çünki onların həyat qədər gerçəkdir, əsl ozan həyatıdır, Dədə Qorqud həyatıdır.

Əzəl söz olmayıb, əzəldən səs olub. Rəmiş də o səsin ozanıdır, o səsin vəhyinə, ilhamına vaqifdir.

Şairin dastanında sehrli realizmin bütün elementləri var: Rəmiş Paqanini ilə görüşür, Əmir Teymurun hüzuruna çıxır.

Mələklər, şeytanlar... Ancaq bu, dastandır və dastanlara mifik elementlər xasdır. Və bütün bunlar o qədər təbiidir ki, nəinki inanırsan, hətta heç şübhəyə də düşmürsən...

Və əlbəttə ki, heç bir dastan sözü ifadə edə, sözü yaza bilməz.

Rəmişin necə ifa etdiyini, onun musiqisini bəlkə də gələcək nəsillər heç zaman bilməyəcək, bəlkə Aqil Abbasın müəllifliyi də unudulacaq, amma "Rəmiş" dastanı qalacaq.

Dastanların taleyi budur...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see328

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see309

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see287

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see286

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see238

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see209

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see206

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see203

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see202

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see200

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see200

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see198

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see195

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see194

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see194

DGK nazirə məxsus olduğu bildirilən şirkətdən 119 minlik baytarlıq avadanlığı alır

23 Sentyabr 2026 16:32see189

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see180

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see175

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see173

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri