Icma.az
close
up
RU
“Renat kimi oyunçuların nazı ilə oynamaq vaxt aparmaqdı” Aslan Kərimov

“Renat kimi oyunçuların nazı ilə oynamaq vaxt aparmaqdı” Aslan Kərimov

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin futbol yığması Fernando Santuşun baş məşqçi postuna gəlişindən sonra keçirdiyi 8 oyunun 7-də uduzub, 1-də heç-heçə edib, son 4 matçda rəqib qapısına yol tapa bilməyib. Qarşıdan isə DÇ-2026-nın seçmə oyunları gəlir.

Yığma ilə bağlı ümidverici nəsə görürsüzmü? Seçmə mərhələdə faciədən necə qaçmaq olar? Bu sualları Aslan Kərimovla Adil Şükürova ünvanladıq.
Aslan Kərimov:

“Yaxşı nəticə əldə etmək üçün zəif nöqtələrimizi tapmalıyıq. Hər iki oyunda məşqçilər heyətinin zəif nöqtələrimizi görə bildiyini hesab edirəm. İlk oyunda daha öndə oynamağa çalışdıq. Haiti bizi asanlıqla əks-hücumlarda yaxalıyırdı. Bəlli bir vəziyyətlərdə qol imkanları yaratdıq. Qapımızda üç qol gördük. İkinci oyunda nisbətən geridən oynadıq. Geridən oynayanda qapımızda qol görmədik. Bir az irəli atılanda əks-hücumlarda yenidəm təhlükə yaranırdı. Elə səhvlər oldu ki, nəinki milli, heç klub səviyyəsində də bunlara yol vermək olmazdı. 16 yaşında belə səhvlər edə-edə öyrənməlisən. Əsas komandada çıxış edirsənsə, bu səhvlər yolverilməzdi. Bu iki oyun hansı istiqamətdə işləmək lazım olduğuna gətirib çıxardı. Haiti ilə Belarusu məğlub etsəydik belə, Ukrayna və Fransadan üstün deyilik. İslandiyanı məğlub etmək imkanımız ola bilər. Burda faciə də yoxdu. İndi top millilərlə oynamaq iqtidarında deyilik. Yalnız reytinqimizi yaxşılaşdırmağa çalışmalıyıq. Məğlubiyyətlər olacaq. Böyük hesabla məğlub olmamaq üçün yığcam müdafiə olunmalıyıq. Daha strukturlu oyun nümayiş etdirmək lazımdı. İkinci dəfədi Zamiq Əliyev mərkəz müdafiəçisi kimi səhvlərə yol verir. Mətbuat konfransında da Santuş onu qorudu. Camaat 20 yaşında dünya kubokuna sahib olur. Bəzi futbolçular var ki, onların performansı hələlik əsas milli üçün yetərli deyil. Renat Dadaşov da yaxşı futbolçu ola bilər. Amma əsas millidə oynayacaq xarakterdə deyil. Renat kimi oyunçuların nazı ilə oynamaq vaxt aparmaqdı. Bizim üçün hazırda xarakteri olan və başını topun qabağına qoya bilən futbolçular lazımdı”.


Adil Şükürov:

“Yığmanın Fernando Santuşun rəhbərliyi altında keçirdiyi oyunlardan İsveçlə Bakıdakı qarşılaşmanı qeyd etmək olar. Həmin oyunda məğlub olsaq da, rəqibə çoxlu problem yaratdıq. Amma zaman keçdikcə digər milli komandalarla oyunlarda sanki yığma öz oyununu itirir və nəticə qazanmaqda çətinlik yaşayır. Yığmanın son iki oyununa baxanda bizi seçmə mərhələdə acınacaqlı nəticələrin gözlədiyini deyə bilərik. Ukrayna və Fransa yığmalarının son oyunlarına baxdım, hər iki komanda hücumda həddən artıq hərəkətlidi, rəqib qapısı önündə çoxlu qol imkanı yaxalayır. Seçmə mərhələdə yığmamızı çətin oyunlar gözlədiyini indidən demək olar”.


ƏSƏD SEYİDOV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Mart 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri