Rəng korluğu olan insanlar hansı hansı peşələrdə işləməkdə çətinlik çəkir? HƏKİM AÇIQLADI
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyada milyonlarla insan var ki, rəngləri hamı kimi görmür. Onlar üçün qırmızı, yaşıl və bəzən hətta mavi rənglər bir-birindən fərqlənməz görünür. Bu vəziyyət daltonizm və ya rəng korluğu adlanır. Dünyada daltonik insanların sayı milyonlarla ölçülür və onların əksəriyyəti qırmızı-yaşıl rəngləri qarışdırır. Hər daltonik fərqli dərəcədə rəng qarışıqlığı yaşayır, buna görə də onların dünyası bizim gördüyümüzdən fərqli görünür. Bəs görəsən daltonizm insanların gündəlik həyatına və peşə seçimlərinə necə təsir edir?
Mövzu ilə bağlı oftalmoloq Arzu Eyvazova Avtosfer.az-a bildirib ki, bu xəstəlik genetik olsa da, bəzi hallarda sonradan əmələ gəlmə ehtimalları da olur:
“Daltonizm əsasən anadangəlmə olur. Yəni uşaqlıqdan mövcuddur və genetik səbəblərlə bağlıdır. Bu, “X” xromosomunda olan genetik dəyişikliklərlə əlaqəlidir, ona görə də kişilərdə daha çox rast gəlinir. Lakin bəzi hallarda daltonizm sonradan da yarana bilər. Məsələn, göz zədələnməsi, diabet, qlaukoma, yaşa bağlı retina degenerasiyaları, müəyyən dərmanların uzun müddət istifadəsi və ya kəskin göz infeksiyaları nəticəsində rəngləri düzgün ayırd etmək çətinləşə bilər. Lakin bu hallara nisbətən nadir rast gəlinir. Daltonik şəxslər ən çox yaşıl və qırmızı rəngləri qarışdırırlar. Bu tip daltonizm “qırmızı-yaşıl daltonizm” adlanır və bütün daltonizm hallarının böyük hissəsini təşkil edir. Məsələn, belə bir şəxs pomidoru yaşıl bibərdən ayırmaqda çətinlik çəkə bilər və ya işıqforun qırmızı və yaşıl işıqlarını fərqləndirməkdə problem yaşaya bilər. Bəzi hallarda isə mavi və sarı rənglərin fərqləndirilməsi də problemli ola bilər. Hazırda daltonizm tam müalicə edilə bilmir, çünki genetik səbəbli bir vəziyyətdir. Amma xüsusi filtrli eynəklər və rəng korreksiya proqramları vasitəsilə fərqləndirmə bacarığı əhəmiyyətli dərəcədə artırıla bilər.”
Həkimin sözlərinə görə, daltonizm yalnız rəngləri ayırd etmək çətinliyi yaratmır, eyni zamanda peşə seçimi zamanı da müəyyən risklər yarada bilər:
“Daltonik insanlar üçün rəngin düzgün təyini vacib olan peşələr müəyyən risklər daşıyır. Daltonik insanlar üçün rəngin düzgün təyini vacib olan peşələr, məsələn, elektrik sxemləri, qrafik dizayn, pilotluq və ya kimya laboratoriyası işləri müəyyən risk yarada bilər. Amma rəng tanıma tələb etməyən sahələrdə, məsələn, proqramlaşdırma, riyaziyyat, hüquq və ya bəzi inzibati işlərdə problem yaranmır. Hər bir vəziyyət fərdi olaraq dəyərləndirilməlidir, çünki daltonizmin növü və dərəcəsi fərqlidir”.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















