Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Rəngli inqilablarda USAID barmağı Qərbin iflada uğrayan BÖYÜK PLANI

Rəngli inqilablarda USAID barmağı Qərbin iflada uğrayan BÖYÜK PLANI

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müstəqil siyasət yürüdən ölkələrdə qarşıdurma və xaos yaratmaqla məşğul olan ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID çətin günlərini yaşayır. Donald Tramp administrasiyası təşkilata əsl kabus yaşadır.

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlar səsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalının maliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bu mövzuda bir neçə paylaşım var və onu “cinayətkar təşkilat” adlandırır.

Maraqlıdır ki, USAID-in əməlləri elə yarandığı ölkədən faş edilir. Bu, özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onun fəaliyyətinin sona çatdığını təsdiqləyir. “Rəngli inqilablara” sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.

Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.

Prezident İlham Əliyev ötən ilin dekabrında rusiyalı jurnalist Dmitri Kiselyova müsahibəsində USAID-lə bağlı tənqidi fikirlər səsləndirib. Beləliklə, bəlli olur ki, ABŞ vergi ödəyicilərinin pulları USAID-in korrupsiya yeminə çevrilib, Bayden-Blinken Administrasiyasının qara şəbəkəsinin formalaşdırılması üçün istifadə olunub. İctimailəşdirilən faktlar göstərir ki, 1991-ci ildən USAID Azərbaycanda müxtəlif adlar altında layihələrə 410 milyon ABŞ dollarından artıq vəsait xərcləyib. Yeni faktlar hazırda aktiv olan 17 milyon dollarlıq ABŞ-nin müxtəlif qrant layihələrində Azərbaycanın da adının keçdiyini göstərir.

Araşdırmalar göstərir ki, USAID 707 media, 6 min 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb.

USAID – kabus, təlatüm və qarışıqlıq mənbəyi

Bədnam təşkilat hansı ölkəyə ayaq basıbsa, özü ilə ora kabus, təlatüm və qarışıqlıq gətirib. İş o yerə çatıb ki, heç kim artıq “Donald Tramp niyə USAID-i bağladı” sualına cavab axtarmır. ABŞ-də başlayan anti-USAID hərəkat dünya boyu davam edir. Agentlik 1961-ci ildə Con F.Kennedinin prezidentliyi dövründə yaradılıb. Bu, ABŞ-nin xarici yardım proqramlarının yenidən təşkili və onların bir böyük struktura çevrilməsinin bir hissəsi idi. USAID müasir müstəqil agentlik statusunu 1998-ci ildə əldə edib.

Agentliyin fəaliyyətinə ümumi siyasi rəhbərliyi ABŞ dövlət katibi həyata keçirir, o həmçinin prezidentə və Milli Təhlükəsizlik Şurasına tabedir. Büdcəsi 50 milyard dollardan artıq olan təşkilatda 2025-ci ildə yenidən təşkilinə qədər təxminən 10 min nəfər çalışırdı ki, onların da əksəriyyəti ABŞ-dən kənarda fəaliyyət göstərirdi. USAID digər ölkələrin ərazisində nə ilə məşğul olub? Avropa, Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsində fəaliyyət göstərən təşkilat 100-dən çox ölkəyə Amerika yardımı ayırıb. Bu yardım əsasən iqtisadi artımın dəstəklənməsinə, humanitar yardımın göstərilməsinə, səhiyyə, kənd təsərrüfatı layihələrində iştirakına, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması və demokratik institutların möhkəmləndirilməsinə yönəlmişdi.

Hələ 2024-cü ildə Azərbaycan 2000-ci ildən qüvvədə olan USAID müqaviləsini uzatmamağa qərar verdi. Bu, agentliyin fəaliyyətinin dövlətin maraqlarına uyğun olmaması ilə bağlıdır. 2025-ci ilin əvvəlində Bakı ABŞ rəhbərliyinə USAID-in ölkə ərazisində fəaliyyətinin tam dayandırılması barədə məlumat verdi.

“Gürcü Arzusu” başda olmaqla, Gürcüstan rəhbərliyi də dəfələrlə Agentliyin fəaliyyətinin zərəri barədə bəyanatlarla çıxış edtdi. Xüsusilə, USAID-in ölkədə siyasi vəziyyətin destabilizasiyası və iğtişaşlar yaratmaq məqsədi daşıyan Gürcüstanın qeyri-hökumət təşkilatlarına maliyyə töhfəsi qeyd olunur.

Venesuela, Gürcüstan, Qazaxıstan…

USAID-ə qarşı ABŞ-də başlayan hərəkat artıq dünyada əks-səda doğurub. Azərbaycan artıq dəfələrlə bu təşkilatın fəaliyyəti ilə bağlı narahatlıq və narazılığını ifadə edib. Azərbaycanın Qeyri Hökumət Təşkilatları (QHT) ABŞ Prezidenti Donald Trampa, eləcə də ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Maska USAID-lə əlaqədar müraciət ünvanlayıblar. Müraciətdə Azərbaycan QHT-lərinin flaqmanı olan Azərbaycan Milli QHT Forumu USAID-in qlobal məkanda cinayətkar əməllərinin təftişində və ifşasında nümayiş etdirilən qətiyyətə, güclü iradəyə görə ABŞ administrasiyasına dərin təşəkkür ifadə edilib.

Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib ki, USAID qalmaqalının göstərdiyi kimi, Venesuelaya qarşı sövdələşmələrə son qoyulmalıdır. Maduro iddia edib ki, Venesuela hökuməti müxalifətin USAID tərəfindən verilən vəsaitləri mənimsəməsi faktları barədə dəfələrlə məlumat verib və indi bu faktlar təsdiqlənib.

Ölkənin baş prokuroru Tarek Uilyam Saab “Cable a Tierra” radiostansiyasına müsahibəsində bildirib ki, sağçı müxalifət Venesuela hökumətinə qarşı çevriliş cəhdi hazırlamaq üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə vəsaitindən istifadə edib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də bildirib ki, USAID tərəfindən tez-tez maliyyələşdirilən Gürcüstan QHT-ləri ölkədə vəziyyəti gərginləşdirmək cəhdlərinə cəlb olunub və cəlb olunmaqda davam edir. O, USAID tərəfindən maliyyələşdirilən “Beynəlxalq Ədalətli Seçkilər və Demokratik Cəmiyyət” (ISFED) adlı QHT-ni nümunə gətirib.

İ.Kobaxidze iddia edib ki, 2020-ci il parlament seçkilərində bu təşkilat cəmiyyətdə iğtişaşlar törətmək məqsədilə səsvermənin nəticələrinin paralel hesablanmasında saxtakarlığa yol verib.

“Siz indi də proseslərin necə inkişaf etdiyini görürsünüz. İnqilab cəhdlərinin önündə məhz xaricdən maliyyələşdirilən QHT-lər dayanır. Bunlar USAID, NED (Demokratiyaya Dəstək Milli Fondu) tərəfindən maliyyələşdirilən təşkilatlardır. Onları artıq ABŞ-nin yeni administrasiyası da açıq şəkildə tənqid edir”, – o vurğulayıb.

Kobaxidze yeni administrasiya dövründə ABŞ səfirliyinin, ilk növbədə, gürcü xalqına və Gürcüstan dövlətinə münasibətinin dəyişəcəyinə və USAID, NED, eləcə də digər müvafiq strukturlar arasında mövcud olan çirkin koordinasiyaya son qoyulacağına ümid etdiyini deyib.

Qazaxıstan Xalq Partiyası fraksiyasının deputatları ölkədəki xarici qeyri-hökumət təşkilatlarının statusuna yenidən baxılmasına çağırış ediblər.

Rəsmi məlumatlara görə, Qazaxıstanda 200-ə yaxın QHT xaricdən maliyyələşir, onların 70 %-i ABŞ-dəki müxtəlif mənbələrdən maliyyə vəsaiti alır. Ölkədə 165 xarici donor fəaliyyət göstərir. Əsasən media, insan hüquqlarının müdafiəsi, demokratiyanın təşviqi və liberal islahatlar sahələrində layihələrə dəstək verilir.

Deputatlar Qazaxıstanda xaricdən maliyyələşən strukturlarla bağlı milli qanunvericiliyin yaradılmasını təklif edirlər. Eyni zamanda, qeyd edirlər ki, sağlam vətəndaş cəmiyyətinin inkişafını ləngitməmək məqsədilə humanitar və elmi təşkilatlar üçün də istisnalar edilməlidir.

Görünən odur ki, artıq dünya dövlətləri USAID təhlükəsini görür, qiymət verir və ona son qoymağa çalışırlar. Bu səbəbdən də Tramp administrasiyasının adıçəkilən təşkilatın fəaliyyətinə xitam verməsi nəinki təqdir olunmalı, həm də təbliğ edilməlidir./report

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Fevral 2025 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri