Icma.az
close
up
RU
Renson İnqonqa: Konstitusiya cəmiyyətin təməlini möhkəmləndirir

Renson İnqonqa: Konstitusiya cəmiyyətin təməlini möhkəmləndirir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Konstitusiyasının 30 illiyinin qeyd olunması dərin düşüncə üçün fürsətdir. 1995-ci ildə ümumxalq səsverməsi nəticəsində qəbul edilmiş Azərbaycan Konstitusiyası dövlət suverenliyinə, birliyinə və qanunun aliliyi əsasında demokratik dövlətin qurulmasına sadiqliyin təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bunu Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru Renson İnqonqa Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda dəyirmi masa formatında beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bərabərlik, insan ləyaqəti, siyasi plüralizm və sosial ədalət prinsiplərini təsbit edərək Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunduğu cəmiyyətin təməlini möhkəmləndirir: "Sizin Konstitusiyanızın ən davamlı xüsusiyyətlərindən biri xalqın dövlət hakimiyyətinin mənbəyi kimi tanınmasıdır. Həmin fundamental prinsip idarəetmənin xalqın iradəsindən irəli gəldiyini, onun rifahı naminə həyata keçirildiyini təmin edir. Bununla sıx bağlı olan hakimiyyət bölgüsü Konstitusiya çərçivəsində aydın şəkildə ifadə olunub. Konstitusiya qanunvericilik səlahiyyətlərini Milli Məclisə, icra hakimiyyətini Prezidentə və hökumətə, məhkəmə hakimiyyətini isə məhkəmələrə verməklə, hakimiyyətin bir qurumda cəmləşməsini aradan qaldıraraq, nəzarət və tarazlığı təmin edir. Həmin doktrina sadə struktur quruluşu deyil. O, konstitusional demokratiyanın şah damarıdır. Bununla zəmanət verilir ki, qanunlar legitim əsasla qəbul edilsin, məsuliyyətli şəkildə icra olunsun və qərəzsiz şəkildə təfsir edilsin. Bu halda dövlət qurumlarına etimad güclənir, hökumətin hamının, yəni həm çoxluq təşkil edənlərin, həm də azlıqda olanların xidmətində olmasını təmin edir. Konstitusiyada əsas hüquq və azadlıqların qorunmasına da xüsusi diqqət yetirilir. Qanun qarşısında bərabərlik, azadlıq və təhlükəsizlik, ifadə, vicdan və din azadlığı, habelə ədalət mühakiməsi hüququ Konstitusiyada təsbit olunur. Həmin təminatlar insan hüquqları üzrə Ümumdünya Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Razılaşmaya uyğundur və Azərbaycanı insan ləyaqətinin qorunmasına sadiq olan dünya ölkələri cərgəsinə qoşur. Prokurorlar kimi bizim rolumuz həmin konstitusional hüquqların sadəcə arzular deyil, yaşanmış reallıqlara çevirilməsini təmin etməkdə əsas hesab olunur. Hər bir cinayət mühakiməsində təqsirsizlik prezumpsiyasını dəstəkləməyə, ədalətli mühakimə hüquqlarını təmin etməyə və zərərçəkənlərin ləyaqətini qorumağa çalışmalıyıq. Beləliklə, ədalət konstitusionalizmin əməli ifadəsinə çevrilir. Ədalət təmin edir ki, Konstitusiya, sadəcə, mətn kimi oxunmalı deyil, həm də insanların gündəlik həyatında hiss olunmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri