Reper Ciqanın qızından ŞOK ETİRAF
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, Ariela anası Oksana Samoylovanın uşaqlara qarajda gizlənməyi tapşırdığı bir hadisədən danışıb. Qız həmin günlə bağlı xatirələrinin dumanlı olduğunu desə də, atasının anasına tüfəng tuşladığını xatırladığını bildirib.
"Biz qəsəbədə idik. Onu tutana qədər evə qayıtdıq, orada hər yer qan içində idi. Balaca ləkələr şəklində. Xalçalarda izlər var idi, Ciqan lifti dağıtmışdı, hər şey sındırılmışdı. Atəş səsləri gəlirdi. Ən çox qan ananın qarderobunda idi. Xalçanın üzərində. Orada onun makiyaj masası var idi və oradan atəş açılmışdı", - deyə sənətçinin qızı vurğulayıb.
Samoylova bu faktı təsdiqləyib. Onun sözlərinə görə, 2022-ci ildə Ciqanın "ağlı başından çıxıb" və silahı ona tərəf tuşlayıb. Müğənni bütün evi gəzərək atəş açıb. O vaxtdan bəri sənətçi ona bir daha tüfəng tuşlamayıb. Model qeyd edib ki, bütün bu müddət ərzində qızlarını və oğlunu bu məlumatdan qorumağa çalışıb. Uşaqlardan baş verənləri dərk edən yeganə şəxs Ariela olub. İndi qız atası ilə ünsiyyətdə olmaqdan qorxur.
Samoylova etiraf edib ki, odlu silahdan istifadə etməklə yanaşı, Ciqan onu zəhərləyəcəyi ilə də hədələyib. Modelin sözlərinə görə, reperin uşaqlarının atası olması səbəbindən bu barədə susub.
Model keçmiş həyat yoldaşına yazığı gəldiyini əlavə edib. O vurğulayıb ki, Ciqan narkotik qəbul etməyəndə "daha adekvat" olur. Samoylova keçmiş ərinin bu davranışına görə bağışlanma dilədiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 27 Sentyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















