Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

Rəqabət mühitinin qorunması mühüm vəzifədir

Rəqabət mühitinin qorunması mühüm vəzifədir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Dövlət Agentliyi bu sektorda meydana çıxan yeniliklərin çevik və operativ həllinə imkan yaradır

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” müvafiq fərmana əsasən, yeni qurumun Əsasnaməsi təsdiqlənib. Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirəcək.

Biznes mühitinin əlverişliliyi üçün...

Ölkəmizdə yeni iqtisadi mühitdə rəqabətə dəstək verilməsi, rəqabət mühitinin qorunması antiinhisar orqanı qarşısında duran mühüm vəzifələrdəndir. Məhz bu baxımdan Agentlik ölkədə həyata keçirilən müasir iqtisadi islahatların və yeni çağırışlar əsasında daha da güclənən biznes-dövlət münasibətlərinin yaxın partnyorluq çərçivəsində inkişafını təmin edəcək.

Eyni zamanda, Agentliyin Əsasnaməsində müəyyən edilmiş prioritetlər biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Antiinhisar fəaliyyətinin təkmilləşdirilməsi, bazar iştirakçılarının hüquq və mənafelərinin daha müasir formatda qorunması, eləcə də rəqabət sektorunda meydana çıxan yeniliklərin çevik və operativ həllinə imkan yaradır.

Ümumilikdə, Xidmətdən Agentliyə çevrilən bu strukturun təsis olunması ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və azad sahibkarlığın təşviqi baxımından yeni islahatların ahənginə tam uyğundur. İslahatların tərkib hissəsi kimi 2024-cü il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsindən irəli gələn yeni vəzifələri qeyd etmək mümkündür. Belə ki, məcəllədə bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti, eləcə də bu sahədə rəqabət orqanının səlahiyyətləri ilə bağlı müddəalar öz əksini tapıb ki, bu da müasir çağırışlara uyğun fəaliyyətin təmin edilməsini nəzərdə tutur.

Yeni meyarlar və çağırışlar isə dövlərin funksiyalarının icrası və tənzimləmə səalahiyyətlərinin daha da işləkliyini, çevikliyini tələb edir. Xüsusilə də ölkəmizdə azad və sağlam rəqabət mühitinin təmin edilməsi və inkişafına şəraitin yaradılması, bazarlarda rəqabətin pozulması hallarının qarşısının alınması, eləcə də bu istiqamətdə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün daha çevik və funksional dövlət orqanının fəaıliyyəti labüddür. Bu baxımdan Dövlət Agentliyi həmin sahədə idaretmənin və dövlət nəzarətinin təkmilləşdirilməsi, eləcə də optimallaşdırılması baxımından mühüm rol oynayacaq. Agentlik tənzimləyici orqan kimi daha effektiv qərarların qəbul edilməsi, təkmil bazar monitorinqi və araşdırma aparmasını təmin etməklə, ölkədə sağlam rəqabətin və rəqabət mədəniyyətinin təşviqinə xidmət edəcək.

İstehlakçıların hüquqları daha etibarlı qorunacaq

Dövlət Agentliyi, səlahiyyətləri çərçivəsində istehlakçı hüquqlarının müdafiəsi istiqamətində də təsirli addımlar atacaq, istehlakçı müraciətlərini daha təfərrüatlı araşdıraraq zəruri tədbirlər görəcək, o cümlədən istehlakçıların lazımi keyfiyyətli mal, xidmət əldə etmək hüququnu qoruyacaq, qüsurlu və ya saxtalaşdırma halı aşkar edilən malların dəyişdirilməsi, qaytarılması ilə bağlı tələb irəli sürmək imkanlarının müdafiəçisinə çevriləcək. Mülki Məcəllənin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun müvafiq maddələrinə, eləcə də “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarına uyğun olaraq istehlakçılara dəyən zərərlərin ödənilməsi istiqamətində inzibati tədbirlər görəcək.

Agentlik, həmçinin dövlət satınalmaları sahəsində də çevik və operativ idaretmə sistemini quraraq bu sahədə optimallaşma tədbirlərini həyata keçirəcək, elektron satınalma üzrə şəffaflıq imkanlarını təmin edəcək, eləcə də sahibkarlıq subyektlərinin satınalmalarda iştirakını stimullaşdıracaq.

Rəqabəti pozanlara qarşı sərt tədbirlər görüləcək

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlak bazarında nəzarət tədbirləri çərçivəsində rəqabəti pozan subyektlərə və təbii inhisarlara qarşı ən sərt tədbirlər görmək səlahiyyətlərinə də malik olacaq. Təbii inhisar subyekti olan bir sıra müəssisələrin sahibkarlarla münasibətlərinin düzgün qurulması və qanunvericilik səviyyəsində həyata keçirilməsi xüsusi diqqətdə saxlanılacaq, eləcə də qanunvericiliklə uyğunlaşmayan hansısa tələblər qoyulduğu təqdirdə, həmin tələblərin aradan qaldırılması, yaxud daxili normativ sənədlərin mövcud qanunvericilik aktlarının müddəalarına uyğunlaşdırılması məsələsi qaldırılacaq.  Həmçinin, sahibkarlıq subyektləri də öz fəaliyyətlərində qarşılaşdıqları rəqabəti pozan, yaxud rəqabətə uyğun gəlməyən, onların fəaliyyətinə hansısa maneə yaradan hərəkətlərlə rastlaşdıqda, eləcə də təbii inhisarlar tərəfindən fəaliyyətinə hər hansı bir maneçilik yaradıldıqda Dövlət Agentliyi onların mənafeyini qoruyacaq. Həmçinin, rəqabəti pozan hansısa bazar iştirakçısı müəyyən edildikdə də təbii inhisar subyektləri də daxil olmaqla, onlara qarşı müvafiq tədbirlər görüləcək.

Beləliklə, Dövlət Agentliyi müasir fəaliyyət meyarları və prinsiplərinə əsaslanaraq ölkədə azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini təmin edəcək, biznes və rəqabət sektorunda çalışan bazar iştirakçıları üçün məsuliyyətli fəaliyyət mühiti yaradacaq.

E. CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see342

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see334

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see325

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see284

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see256

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see249

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see236

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see211

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see200

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see186

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see185

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see183

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see182

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see180

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see179

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see171

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see167

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see166

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri