Icma.az
close
up
RU
Rəqabət haqqında rəvayət

Rəqabət haqqında rəvayət

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qəbələ” Futbol Akademiyasının fəaliyyətini məhdudlaşdırması ölkənin futbol gündəmini bir qədər silkələyib.

Bəli, məhz bir qədər. Danışılacaq, yazılacaq, narazılıq ifadə olunacaq. Vəssalam. Bir müddət sonar da hər şey unudulacaq. Qəbələdəki futbol akademiyası da fəaliyyətini yavaş-yavaş məhdudlaşdırmağında olacaq. Bizim də gözümüz-qulağımız buna öyrəşəcək, bir də görəcəyik ki, “Qəbələ” Futbol Akademiyası tarixin yaddaşına qovuşdu. Bir müddət xatırlanacaq, yetirmələrinin adı çəkiləcək. Ondan sonar unudulub gedəcək.
Necə ki, bir vaxtlar Hafiz Məmmədovun səxavəti sayəsində güclənən, şaxələnən, hətta açılışına ölkə başçısı İlham Əliyevin də dəvət olunduğu “Bakı”nın bazası çoxdan tarixin yaddaşına qovuşub.
Gözümüzün önündə böyük bir futbol infrastrukturu məhv olundu. Onun qurulması üçün nə qədər xərc və əziyyət çəkilmişdi. Xeyrini də bütün Azərbaycan futbolu görürdü. Paytaxtda yaşayan xeyli azyaşlı istedad “Bakı”nın bazasında futbolun sirlərini öyrənir, müxtəlif aşağı yaş qrupları üzrə komandalarda oynayırdı. Onlardan bəziləri indi də premyer-liqa təmsilçilərinin heyətindədi. Hazırda özünə Almaniyada yer eləmək istəyən Mahir Emreli də “Bakı”nın yetirməsi sayılır. “Bakı”nın futbol akademiyası yaşasaydı, indi o mahirlərin sayı xeyli çox olardı, Azərbaycan millisində oynamağa futbolçunu Dağıstandan, İrandan, Ukraynadan çağırmazdılar. Baza yerlə yeksan edildi, yerində yaşayış kompleksi tikildi. İndi də üzü Sumqayıta tərəf gedəndə görürük, ürəyimizdən qara qanlar axır.
Elə “Xəzər Lənkəran” da ölkənin cənubunda Azərbaycan futbolu üçün böyük işlər görməyə çalışırdı. O bölgədə yaşayan xeyli sayda uşaq böyüyəndə “Xəzər Lənkəran”da forma geymək arzusuyla alışıb-yanır, futbolçu olmağa çalışırdı. Dostumuz Hüseyn Cəbrayıloğlu hər dəfə xatirələrini təzələyir, klubun təşkil etdiyi avtobusların bir ucu Astaradan Lerikdən, o biri ucu Masallıdan, Yardımlıdan və Cəlilabaddan uşaqları yığıb Lənkərana gətirməsindən danışır. Deyir ki, cənub bölgəsində yaşayan uşaqlar üçün futbol məşqlərini əlçatan edib, onların böyüyəndə yaxşı futbolçu olması üçün bütün şəraiti yaradıblarmış.
Təəssüf ki, “Xəzər Lənkəran”ın dağılmasıyla böyük bir layihə yarımçıq qaldı. Akademiyanın təzə-təzə üzə çıxmağa başlayan yetirmələri də it-bat oldu. Üzdə qalanlar isə Toral Bayramovla Nəriman Axundzadədi. Kim bilir, “Xəzər Lənkəran”ın akademiyası uzunömürlü olsaydı, indi daha neçə cənublu balası milli komandalarımızda forma geyəcək, klublarımızın heyətini gücləndirəcəkdi...
Təəssüf ki, “Qəbələ” Akademiyası barədə də belə qəmgin notlarla, keçmiş zamanda danışacağımız gün uzaqda deyil. Azərbaycanda futbolçu yetişdirməyə çalışmaq, bu sahəyə pul yatırmaq artıq perspektivsiz məşğuliyyətə çevrilib. Bu da legioner limitinin ləğv olunması ilə bağlıdı. Klublar yerli futbolçuları yetişdirməkdə maraqlı deyillər, əllərində olan 5-10 manatı legionerlərə xərcləyib, günü (mövsümü) yola verməklə məşğuldular.
Bu gün varsa, ye, sabaha Allah kərimdi. Deyirlər ki, limitin ləğvi yerlilərin legionerlərlə rəqabət aparması üçün şərait yaradacaq. Yalandı, dostlar. Limitin ləğvi işbazların qəfil varlanması, olan-qalan uşaq futbolunun məhvidi. Hazırda yerli futbolçuya heç 7-8 min manat maaş təklif edən də yoxdu, əvəzində yararsız əcnəbilərlə ikirəqəmli müqavilələr bağlanılır. Çünki belədə daha çox pul yemək mümkündü. Hər klubun başında bir işbazı oturdublar.
Heç kim uzaq perspektivə pul xərcləmək, azərbaycanlı futbolçuların yetişməsini gözləmək fikrində deyil. Azərbaycanlılara az miqdarda pul təklif edib, açıq-aşkar deyirlər ki, ondan ikiqat artıq maaş alacaq legionerin əvəzedicisi olacaq. Belədə olan-qalan gənclər də futboldan iyrənir, futbolçu olmağın peşmanlığını yaşayır. Artıq akademiyaların da fəaliyyət göstərməsinə ehtiyac yoxdu.
Bu da sizə yalançı rəqabət haqqında rəvayət...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri