Icma.az
close
up
RU
Rəqəmlərin arxasındakı sosial reallıq

Rəqəmlərin arxasındakı sosial reallıq

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağı gözlənilə bilərdi. Amma statistika əks tendensiyanı göstərir. Bəs bu azalmanın səbəbi nədir: yaşlılara ailələri tərəfindən daha çox qayğı göstərilir, yoxsa insanlar qocalar evinə müraciət etməkdən çəkinirlər? Rəqəmlərin arxasında hansı sosial reallıq dayanır?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən bildirilib ki, ölkəmizdə ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin edilirlər. Agentliyin məlumatına görə, hazırda 215 ahıl şəxs dövlət himayəsində yaşayır. Onlardan 111 nəfəri kişi, 104 nəfəri isə qadındır: “Müəssisəyə yaşı 70 və 70-dən yuxarı olan, tamamilə və ya qismən özünəqulluq qabiliyyətini itirən, psixi və yoluxucu xəstəliyi olmayan, eləcə də qulluq edə biləcək yaxın qohum və qanuni nümayəndələri olmayan şəxslər qəbul edilir”. Agentliyin məlumatına görə, ahıl şəxslərin müəssisəyə yerləşdirilməsi ilə bağlı qərar onların sosial vəziyyəti, özünəqulluq imkanları, ailə və yaxın qohumlarının mövcudluğu, yaşayış şəraiti və digər fərdi amillər nəzərə alınmaqla müəyyən edilir: “Bu səbəbdən ayrı-ayrı dövrlərdə müəssisədə yaşayan şəxslərin sayında müşahidə olunan dəyişikliklər müxtəlif sosial və fərdi səbəblərlə bağlıdır”.

Həmçinin qurum tərəfindən müvafiq imtiyazlı kateqoriyalardan olan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilir: “Hazırda 3033 vətəndaş evdə (səyyar) sosial xidmətə cəlb edilib. Onlardan 2814 nəfəri ahıl şəxsdir. Sosial xidmətçilər vətəndaşların evlərinə gedərək, onlara ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər”. Agentlikdən bildirildi ki, qurumun sosial sifarişləri əsasında respublikanın 6 şəhər və rayonunda - Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuz üzrə ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir: “Layihə çərçivəsində 200-ə yaxın ahıl sosial xidmətlə əhatə olunur”.

Binəqədi rayonunda yerləşən “Ahıllar üçün günərzi qayğı mərkəzi”nin rəhbəri Aynur Zülfüqarova bildirir ki, rəhbərlik etdiyi mərkəzə müraciət edənlərin sayı keçən illə müqayisədə iki dəfə artıb. Bu məsələdə maariflənmə işi böyük rol oynayır”.

Mərkəz rəhbəri hesab edir ki, ahılların öz mühitləri olmalıdır: “Mənim öz anam da bizim ahıllar mərkəzindədir. Onlar 70-75 yaşlarına qədər işləyiblər. Bu yaşdan sonra neyləsinlər? Bu mərkəzlər onların sosiallaşması üçün əhəmiyyətli mühitdir. Günərzi mərkəzləri zamanın tələbidir. Bu insanlar yalnız öz yaşıdları arasında sosiallaşa bilərlər. Burada tənha da, kimsəsiz də, övladları olan insanlar da var. İndi övladları sanki onları bağçaya gətirirlər”. A.Zülfüqarova bildirir ki, belə mərkəzlərin açılması üçün çoxlu müraciətlər var.

Ahıllarla işləyən sosial işçi Mehparə Hümbətova bildirir ki, ahıllar günərzi mərkəzlərinə asudə vaxtlarını səmərəli keçirmək üçün gəlirlər: “Bu cür mərkəzlərə indi maraq yüksəkdir. Əvvəllər atılmış qocalar stereotipi vardı. İndi övladları valideynlərini evdə tək qoymaq istəmirlər. Onlar arxayın olurlar ki, mərkəzlərdə valideynlərinə baxan var. Müşahidələrimiz onu göstərir ki, yatılı yerlərdə də azalma yoxdur, əksinə, müraciət edənlərin sayı artır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Zülfiyyə Nuriyeva xidmət müəssisələrinə yerləşdirilən qocaların azalmasını müsbət göstərici hesab edir:

“Bu gün müasir və gənc ailələr yaşlılarla birlikdə yaşamaq istəmirlər. Nəsillər arasındakı fərqləri düşünsək, həmçinin bəzi sosial məsələlər, məişət qayğıları ucbatından övladlar valideynlərini qocalar evinə yerləşdirirdilər. Bu gün isə vəziyyət fərqli istiqamətdə dəyişir. Dövlətin bu istiqamətdə əhəmiyyətli proqramları var və bunlar da öz təsirini göstərir. Biz artıq bu insanlara “atılmış” kimi yox, “öz ortamında vaxt keçirmək istəyən” insanlar kimi baxırıq. Azalma da ona görədir ki, ahıllar bu tip mərkəzlərə yönəlir. Həm özlərinin psixoloji-emosional vəziyyətləri rahatlanır, həm də ailənin”.

Z.Nuriyeva dünyanın hər yerində belə ahıllar mərkəzlərinin fəaliyyət göstərdiyini bildirir: “Ahıllar öz təqaüdlərindən bu mərkəzlərə ödəniş edir və gün ərzində yaşıdları arasında vaxtlarını keçirirlər. Hələ ki, bizdə bu mədəniyyət formalaşmadığı üçün dövlət bunun alternativi olaraq günərzi qayğı mərkəzləri yaradıb”.

Sosioloq İlqar Hüseynlinin fikrincə, sosial xidmətlərin alternativ formalarının genişlənməsi sözsüz ki, sosial xidmət müəssisələrində ahılların azalmasına ciddi təsir göstərir: “Xüsusilə ölkə boyu evdə sosial xidmətin genişlənməsi əsas amil kimi göstərilə bilər. Bunu ailə institutunun möhkəmlənməsi, vətəndaşların ailə içində olan ahıl insanlara sahib çıxması, ata-anaya qayğılı münasibətlərin yeni mərhələyə keçməsi kimi qəbul eləmək lazımdır. Bundan əvvəl ahılları sosial xidmət müəssisələrinə yerləşdirirdilərsə, indi hər kəs evdə sosial xidməti təşkil edə bilir”.

Ekspertin fikrincə, ümumi yanaşanda evdə sosial xidmətlərin genişlənməsi müəssisələrdə insanların sayının azalmasına gətirib çıxarır: “Amma bu, hələlik böyük həcmdə deyil və bu o demək deyil ki, sosial xidmət göstərən müəssisələrə ehtiyac yoxdur. Bu ehtiyac hər zaman var. Dövlət bu məsələdə öz imkanlarını qoruyub saxlamalıdır”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Sentyabr 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri