Icma.az
close
up
RU
Rəqəmsal asılılıq uşaqları təhlükəli əməllərə sövq edir Ailə, məktəb və cəmiyyət nə etməlidir?

Rəqəmsal asılılıq uşaqları təhlükəli əməllərə sövq edir Ailə, məktəb və cəmiyyət nə etməlidir?

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, Azərbaycanda 15 yaşlı yeniyetmə oyun oynamaq məqsədilə anasından telefon istəyib. Anası buna icazə vermədikdə, yeniyetmə onu qətlə yetirib. Bu hadisə mobil telefon və rəqəmsal aləmin uşaqların və yeniyetmələrin psixologiyasına nə qədər güclü təsir göstərdiyini, bəzən onları necə aqressiv və amansız davranışlara sürüklədiyini bir daha göstərir.

Bəs bu cür hadisələrin qarşısını almaq üçün ailə, cəmiyyət və məktəb nə etməlidir?

Psixoloq Nizami Orucov Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, illərlə formalaşan emosional çatışmazlıqların, nəzarətsiz texnologiya istifadəsinin və ailə münasibətlərindəki boşluqların nəticəsidir:

"Rəqəmsal aləm, oyunlar, sosial media tez həzz verir, dopamin ifrazını artırır və uşaqda asılılıq yaradır. Bu asılılıq tədricən reallıqla əlaqəni zəiflədir, “xeyr” cavabını qəbul etmək çətinləşir və duyğularını tənzimləyə bilməyən yeniyetmə sərt reaksiyalar verə bilər".

Bəs belə halların qarşısını almaq üçün ailə, məktəb və cəmiyyət nə etməlidir?

Psixoloq hesab edir ki, bu tip faciələrin qarşısını almaq üçün yanaşma kompleks olmalıdır.

"Ailədə sərhəd və duyğu tərbiyəsi verilməlidir. Uşağa təkcə “olmaz” demək yox, bu qərarın səbəbini izah etmək, onu sakitcə dinləmək və alternativlər təqdim etmək vacibdir. Uşaq eşidilmədiyini hiss edirsə, aqressiv reaksiyalar arta bilər. Texnologiya ilə balanslı münasibəti uşağa göstərmək lazımdır. Valideynlər uşaqlara məsuliyyətli istifadə vərdişləri öyrətməli, müəyyən sərhədlər müəyyən etməli və “ailəvi texnoloji fasilələr” tətbiq etməlidirlər.

Məktəblərdə psixoloji dəstək olmalıdır. Sosial-emosional bacarıqlar hissləri tanımaq, ifadə etmək və nəzarət etməyi öyrədən dərslər vacibdir. Məktəb psixoloqları sırf “problemli uşaq” axtarmaqla yox, profilaktik və maarifləndirici işlərlə də məşğul olmalıdır.

Medianın rolu və ictimai məsuliyyəti isə danılmazdır. Zorakılığı normallaşdıran məzmunlar azaldılmalı, uşaqlara uyğun, təhlükəsiz platformalar artırılmalıdır", - deyə Nizami Orucov qeyd etdi.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri