Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

“Rəqəmsal məktəb” layihəsinin tətbiqi təhsilimizə nə vəd edir?

“Rəqəmsal məktəb” layihəsinin tətbiqi təhsilimizə nə vəd edir?

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının bütün məktəblərində fəaliyyət rəqəmsallaşdırılır, “Rəqəmsal məktəb” layihəsi həyata keçirilir. Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib ki, Bakı şəhərində 353 məktəbdə bu layihə tətbiq edilir. Həmin məktəblər 500 mindən çox şagirdi əhatə edir.

Bu barədəAzərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli  Demokrat.az-a açıqlama verib. 
O qeyd edib ki, Bakının bütün məktəblərində “Rəqəmsal məktəb” layihəsinin tətbiqi təhsilimizin gələcək inkişafı baxımından mühüm bir addım hesab oluna bilər:

“Bu yanaşma həm müasir texnologiyaların tədris prosesinə inteqrasiyasını təmin edir, həm də uşaqların yeni bacarıqlar qazanmasına şərait yaradır. Rəqəmsallaşma şagirdlərə fərdi yanaşmanı mümkün edir, onların bilik səviyyəsini daha dəqiq izləməyə və zəif tərəflərini vaxtında müəyyənləşdirməyə imkan yaradır. İnteraktiv dərs vəsaitləri, elektron resurslar və multimedia materiallarının tətbiqi öyrənmə prosesini daha maraqlı və əlçatan edir. Eyni zamanda valideynlər də elektron sistemlər vasitəsilə övladlarının dərsə davamiyyətini, qiymətlərini və nailiyyətlərini izləyə bilirlər. Bu, həm də tədris prosesində şəffaflığın və nəzarətin güclənməsi deməkdir. Layihənin ən mühüm üstünlüklərindən biri də ondan ibarətdir ki, şagirdlər təkcə fənn bilikləri deyil. Həm də rəqəmsal savadlılıq, informasiya axtarışı və texnologiyadan səmərəli istifadə bacarıqları qazanırlar”.
Deputat əlavə edib ki, bu, gələcəkdə onların əmək bazarında daha uğurlu mövqe tutmasına imkan yaradacaq:
“Digər tərəfdən, rəqəmsal sistemlərin tətbiqi müəllimlər və şagirdlər üçün vaxt və resurs qənaəti deməkdir, çünki testlər, gündəliklər və digər tapşırıqlar kağız üzərində deyil, elektron formada idarə olunur. Bununla belə, layihənin bəzi risk və mənfi tərəfləri də mövcuddur. Texnologiyadan həddindən artıq istifadə şagirdlərin sağlamlığına, xüsusilə də psixologiyalarına mənfi təsir göstərə bilər. Digər bir məqam isə sosial bərabərliklə bağlıdır. Bütün ailələrin eyni səviyyədə texniki imkanlara malik olmaması bəzi şagirdlər üçün çətinlik yarada bilər. Müəllimlərin yeni sistemə uyğunlaşması da mühüm məsələdir. Əgər müəllimlər lazımi təlim və dəstək almadan rəqəmsal platformalara inteqrasiya olunarsa, nəticə gözlənildiyi kimi olmaya bilər. Bununla yanaşı, nəzərə alamq lazımdır ki, rəqəmsal mühit bir çox hallarda canlı ünsiyyəti əvəz edə bilmir, bu isə müəllim və şagirdlər arasında emosional təmasın zəifləməsinə gətirib çıxara bilər”. 
Millət vəkilinin sözlərinə görə, digər bir məsələ isə məlumatların təhlükəsizliyidir ki, bu da xüsusi yanaşma tələb edir:
“Ümumilikdə, “Rəqəmsal məktəb” layihəsi təhsilimizin modernləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Lakin bu yeniliyin uğurlu olması üçün texnologiyanın məqsəd deyil, vasitə kimi qəbul edilməsi vacibdir. Əgər rəqəmsal və ənənəvi metodlar bir-birini tamamlayan şəkildə tətbiq olunarsa, şagirdlər həm müasir texnoloji bacarıqlara yiyələnəcək, həm də sosial-emosional inkişaflarını qoruyacaqlar”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov diqqətə çatdırıb ki, Bakıda “Rəqəmsal məktəb” layihəsinin 353 məktəbdə tətbiqi və 500 mindən çox şagirdi əhatə etməsi təhlil ediləndə görünür ki, bu, təkcə texnoloji yenilik deyil:

“Təhsil sisteminin idarəedilməsi və keyfiyyətinin yüksəldilməsi baxımından strateji addımdır. Müasir dövrdə təhsilin rəqəmsallaşdırılması həm müəllimlərin fəaliyyətinin optimallaşdırılması, həm də şagirdlərin bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun inkişafı üçün vacibdir. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində dövlətin öhdəliyi kimi müasir təhsil texnologiyalarının tətbiqi açıq şəkildə qeyd olunur. Bu baxımdan “Rəqəmsal məktəb” layihəsi qanunvericiliklə müəyyən edilmiş istiqamətin konkret icrası kimi dəyərləndirilə bilər. Statistika göstərir ki, Azərbaycanda orta təhsil sistemində ümumilikdə 1,5 milyondan çox şagird təhsil alır və yalnız Bakının payına bunun üçdə biri düşür. Deməli, paytaxt məktəblərinin əhəmiyyətli hissəsinin rəqəmsal formata keçməsi həm ölkənin ümumi təhsil siyasətinə nümunə olacaq, həm də gələcəkdə bütün bölgələrə yayılacaq. Rəqəmsallaşma nəticəsində dərs jurnalları, davamiyyət, qiymətləndirmə və valideyn-məktəb əlaqəsi elektron müstəviyə daşınır ki, bu da şəffaflığı və hesabatlılığı artırır.
Müsbət tərəf ondan ibarətdir ki, rəqəmsal mühit müəllimlərin iş yükünü azaldır”. 
Ekspert deyib ki, bu valideynlərə övladlarının nəticələrini onlayn izləmək imkanı yaradır, şagirdlərdə isə İKT bacarıqlarını inkişaf etdirir:
“OECD ölkələrinin təcrübəsi göstərir ki, məktəblərdə rəqəmsal platformaların tətbiqi oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələri orta hesabla 10–15 faiz yaxşılaşdırır. Estoniyanın təhsil modelində bütün məktəblərin elektron idarəetməyə keçməsi ölkəni beynəlxalq PISA qiymətləndirməsində ən yüksək nəticələr göstərən ölkələrdən birinə çevirib. Cənubi Koreya və Finlandiyada rəqəmsal dərsliklər və e-platformalar şagirdlərin fərdi inkişafını gücləndirib, müəllimlər üçün analitik məlumatların toplanmasına şərait yaradıb. Mənfi tərəf isə ondan ibarətdir ki, rəqəmsal sistemlərin uğurlu tətbiqi yalnız proqram təminatı ilə bitmir. İnfrastrukturun bərabər səviyyədə olmaması, bəzi məktəblərdə internet sürətinin və texniki avadanlıqların kifayət qədər təmin edilməməsi çətinlik yarada bilər. Digər tərəfdən, müəllimlərin hamısının rəqəmsal savadlılıq səviyyəsi eyni deyil. “Təhsil haqqında” Qanunun 23-cü maddəsində müəllimlərin peşəkarlığının artırılması dövlətin əsas vəzifələrindən biri kimi göstərilir”. 
K.Əsədov vurğulayıb ki, buna görə də bu layihənin uğuru müəllimlərin davamlı təlimi ilə sıx bağlıdır:
“Bundan əlavə, sosial bərabərlik məsələsi də diqqətdən kənarda qalmamalıdır. Valideynlərin və şagirdlərin hamısı rəqəmsal resurslardan bərabər istifadə edə bilmir və bu, bəzi ailələr üçün əlavə çətinliklər yarada bilər. Müqayisəli təhlil göstərir ki, Azərbaycan hazırda rəqəmsallaşma istiqamətində regional liderlərdən biri olmaq potensialına malikdir. Bakı məktəblərinin əksəriyyətinin layihəyə qoşulması həm pedaqoji idarəçiliyin yeni keyfiyyət mərhələsinə keçidi, həm də şagirdlərin gələcəkdə əmək bazarına daha hazır şəkildə çıxmasını təmin edəcək. Növbəti mərhələdə bu təcrübənin regionlara yayılması, müəllimlərin İKT bacarıqlarının davamlı artırılması və infrastrukturun hər yerdə eyni səviyyədə qurulması zəruridir.  “Rəqəmsal məktəb” layihəsi Elm və Təhsil Nazirliyinin müasir dövrün tələblərinə cavab verən ən uğurlu təşəbbüslərindən biridir. Nazirliyin bu istiqamətdə atdığı addımlar həm qanunun tələblərinə cavab verir, həm də dünya təcrübəsinə uyğunluğu ilə seçilir. Layihə şagirdlərin biliklərinin keyfiyyətini artıracaq, valideynlərin təhsil prosesinə çıxışını asanlaşdıracaq və məktəblərdə şəffaflığı möhkəmləndirəcək. Əgər problemlər mərhələli şəkildə aradan qaldırılarsa, bu model ölkə üzrə təhsil islahatlarının əsas dayaq nöqtəsinə çevriləcək. Elm və Təhsil Nazirliyinin bu işi ardıcıl, məqsədyönlü və əsaslandırılmış şəkildə həyata keçirməsi təhsilin gələcəyinə müsbət təsir göstərəcək”.
Leyla Turan
Demokrat.az
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqamətində hazırlanıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:316
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Sentyabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri