Icma.az
close
up
RU
Rəqəmsal asılılıq və ya texnologiyanın boğazımızdakı zənciri

Rəqəmsal asılılıq və ya texnologiyanın boğazımızdakı zənciri

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sürətlə inkişaf edən texnologiya və texnoloji alətlərə sahib olmaq həvəsi həyatımızı asanlaşdırmaqla yanaşı, həm də sosial həyatımıza zərər verir. İndi ənənəvi üsullar yerinə virtual yollar köməyimizə yetir, elektron ticarət, elektron hökumət, elektron görüşlər vaxt baxımından bizə fayda verir. Amma həm də real ünsiyyət imkanımızı əlimizdən alır. Virtual platforma maddi-fiziki ehtiyaclarımızı asanlaşdırır, lakin mənəvi-psixoloji baxımdan fayda vermir, əksinə zərər verir. İnsan münasibətləri istiqamətini dəyişməyə başladı, real görüşlər minimuma endi, virtual görüşlər sürətlə artdı.

Dünya sürətli sosial-iqtisadi dəyişiklik prosesini yaşadığı bir vaxtda elm və texnologiya da durmadan irəliləyir. Bu sürətli dəyişikliyin nəticələri bir çox aspektlərdə cəmiyyətlərə, sosial münasibətlər anlayışına təsir edir. Dəyişiklik çoxşaxəli təsirə malik olduğundan cəmiyyətin bir çox istiqamətində hiss olunur.

Üz-üzə ünsiyyətdən virtuala, kağızdan rəqəmsal sənədlərə, uzun müddət sərf edərək iş müraciəti etmək yerinə online müraciətlər kimi bir çox dəyişikliklər virtual dünyanın məhsuludur. Bəzisi faydalıdır, online konsultasiyalar, iş görüşləri və ya sənədləşmələr üçün. Bəsizi isə zərər verir, real ünsiyyəti unudub virtual münasibətlərə keçirik deyə. Virtuallaşmanın tarixi inkişafı, yəni internetin həyatımıza girdikdən bu günədək olan inkişafı, insanlığın məruz qaldığı mənəvi böhran da adlandırılır. Çünki həyatımız asanlaşdırdığı qədər sosial çevrəmizlə münasibətlərimizi virtuallaşdırmağa da o səbəb olur.

Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra qarşılıqlı, real olaraq görüşür, söhbətləşir, çay içir, yemək yeyir, beləcə sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi hər şeyi virtuallaşdırmışıq, ən doğmamızla belə internet vasitəsi ilə ünsiyyət saxlayırıq. İnternet bizə bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsindəki tanışımızla ünsiyyət quramağımıza, mesajla, adi zənglə, görüntülü zənglə və s. üsullarla danışmağımıza imkan yaradır. Bu, əlbəttə, yaxşıdır. Amma qonşuluğumuzda yaşayan dostumuza, valideynimizə baş çəkmək yerinə video-zəng etmək də internetin “hədiyyəsidir”.

Texnologiya o qədər sürətlə inkişaf edir ki, bəzən özümüz də onun sürətinə yetişə bilmirik. Doğrudur, sosial şəbəkələr həyatımıza olduqca rahatlıq gətirdi, həm fikrimizi çatdırmaq, həm yeni fikirlərlə tanış olmaq üçün əlverilşli ünsiyyət vasitəsidir. İnsanlar sosiallaşma ehtiyaclarını və real həyatdakı ünsiyyətlərini rəqəmsal platformalara köçürdükdən sonra dostluq, qohumluq əlaqələri də müstəvi dəyişir. Real həyatdakı münasibətlərimiz indi bir-bir sosial platformalara keçir. Başqa sözlə desək, sosiallaşmaq da zamanla rəqəmsallaşdı.

XXI əsrdə texnologiyanin inanılmaz sürətli inkişafı bizə müsbət təsiri ilə yanaşı mənfi təsirini də nümayiş etdirdi. İnternet sayəsində tanınmış kitabxanaların elektron məhsullarını gözdən keçiririk, tapa bilmədiyimiz kitabların elektron versiyasını əldə edirik, uzaqda olan yaxınlarımızı canlı görə bilirik, yeni dostluqlar və münasibətlər əldə edə bilirik. Bütün bunlar müsbət xüsusiyyətlərdir, yaxşı bəs o zaman internetin bizə verdiyi mənfi tərəflər hansılardır?

Bir vaxtlar insanlar üzbəüz ünsiyyətdən zövq alırdılar, amma indi virtual ünsiyyət daha çox dəbdədir. Ofisdə bir-biri ilə ünsiyyət qurmağa “ərincəklik” edən iş yoldaşları bir-birinə sözü olanda “facebook”dan mesaj yazırlar. Bir çox insan virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Mütəxəssislər isə bunu ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyət qurmanın fərdin real şəxsi ünsiyyət qurmasındakı ən böyük sədd olduğunu düşünürlər.

Pandemiya illərində təhsilin online sistemə keçirilməsi, iş yerlərinin bir çoxunun online olaraq fəaliyyət göstərməsi iş və təhsil məhsuldarlığını azaltdı. Xüsusilə virtual dərs alan abituriyentlərin imtahan göstəriciləri əvvəlki illərdə normal təhsil sistemi ilə dərs alan abuturiyentlərin nəticələri ilə müqayisə edildikdə itirdiklərimizin daha çox olduğunu müşahidə etdik. Özümüzü virusdan qoruduğumz o qapanma müddətində sosial həyatımız, ünsiyyət bacarımız, təhsilimiz də deformasiyaya uğradı. Milli dəyərlərimizdən hesab etdiyimiz o böyük süfrələr, qonaqlı-qaralı evlərin sayı azaldı, hər kəs əlindəki ekranın əsirinə çevrildi. Bizi özünün böyük, vahiməli toruna salan virtual dünya hər gün üzərimizdə bir az da çox hakimiyyət qurur.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see461

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see285

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see208

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see199

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see198

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see188

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see181

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see178

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see178

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see164

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see162

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see161

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see146

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see145

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see144

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see136

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri