Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Uşaqlar arasında internet oyun asılılığı ilə bağlı narahatlıqlar geniş yayılıb. Artıq dünyanın bir sıra ölkələrində 16 yaşa qədər uşaqlara internetdən sərbəst istifadəyə məhdudiyyətlərin tətbiqi barədə müzakirələr aparılır, qanunlar qəbul edilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "oyun pozğunluğu”nu alkoqol və qumar kimi asılılıq yaradan davranış kimi təsnif edir. Deputat Ceyhun Məmmədovun "Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik” fikirləri də bu narahatlıqdan qaynaqlanır: "Ağıllı telefonlar”ın, sosial medianın, internet oyunlarının uşaq və yeniyetmələrin tərbiyəsinə mənfi təsiri günü-gündən daha da artmaqdadır. Xüsusilə bir sıra internet oyunları var ki, onlardan ölkədə sərbəst istifadənin qarşısının alınması barədə düşünməliyik. Təəssüf ki, bu gün istənilən yeniyetmənin bu oyunlara sərbəst çıxmaq imkanı var. Bu imkanların məhdudlaşdırılmasına ciddi ehtiyac var”. 

Ekspertlər hesab edir ki, əks halda bu cür halların sayı daha da artacaq, xoşagəlməz proseslərin qarşısını almaq daha da çətinləşəcək. Amma "qadağa” yeganə çıxış yolu da deyil.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərova hesab edir ki, bu məsələ həqiqətən çox aktualdır və valideynləri də, müəllimləri də ciddi şəkildə narahat edir: "Çünki internet oyunları təkcə əyləncə deyil, eyni zamanda uşağın psixologiyasına, davranışına və gündəlik həyat tərzinə birbaşa təsir edən bir mühitdir. Bəzi oyunlar aqressiyanı artırır, asılılıq yaradır, sosial münasibətləri zəiflədir, dərs motivasiyasını azaldır və diqqəti dağınıq edir”. İŞ üzvü bildirir ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı ciddi addımlar atılır. Məsələn, bəzi ölkələrdə yaş məhdudiyyətləri daha sərt tətbiq olunur, uşaqlar üçün zərərli məzmunlar filtrlənir, hətta müəyyən oyunların reklamı və ya istifadəsi məhdudlaşdırılır: "Çin kimi ölkələrdə uşaqların oyun oynama saatları qanunla tənzimlənib. Avropa ölkələrində isə daha çox "qadağa” deyil, "nəzarət və media savadlılığı” yanaşması üstünlük təşkil edir. Yəni uşağın texnologiyadan istifadəsi tam kəsilmir, amma düzgün istiqamətləndirilir”.

G.Əkbərovanın fikrincə, təkcə qadağa problemi həll etmir. Belə ki, uşaq maraqlandığı bir şeyi qadağan olunmuş kimi gördükdə, bəzən ona daha da çox meyl edir: "Ən düzgün yanaşma balanslı nəzarət, maarifləndirmə və alternativlər təqdim etməkdir. Əsas sual budur: uşağı zərərli oyundan uzaqlaşdırmaq üçün ona alternativ nə təklif edirik? Əgər uşaq boşluqda qalırsa, yenə eyni məzmunlara qayıdacaq. Ona görə də uşaqlara maraqlı, faydalı və cəlbedici alternativlər təqdim edilməlidir. Məncə, uşaqları texnologiyadan uzaqlaşdırmaqdansa, onlara texnologiya ilə düzgün yaşamağı öyrətmək lazımdır. Çünki gələcək artıq rəqəmsal dünyadır. Uşaqlarımızın zərərli axına düşməməsi üçün həm dövlət səviyyəsində tənzimləmə, həm məktəb səviyyəsində maarifləndirmə, həm də ailə səviyyəsində nəzarət mexanizmi birlikdə işləməlidir”. 

İnformasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev də hesab edir ki, bəzi oyunların qadağan olmasına ehtiyac var, amma yalnız bu yolla problem tam həll olunmayacaq: "Qadağanın müsbət tərəfləri odur ki, uşaqların zorakılıq, qumar, asılılıq yaradan mexanizmləri olan oyunlara çıxışı azalar, dərs vaxtı və gecə saatlarında asılılığın qarşısı qismən alına bilər. Amma mənfi tərəfləri və riskləri də mövcuddur. Uşaqlar VPN, alternativ platformalarla qadağanı aşa bilərlər. Təcrübə göstərir ki, adətən total qadağa "maraq effektini” artırır. Texniki olaraq hər oyunu effektiv bloklamaq çətindir. Eyni zamanda "zərərli oyun” anlayışı da subyektivdir”. 

Mütəxəssis dünya təcrübəsindən nümunə gətirərək bildirir ki, Çində yaşı 18-dən aşağı olanlar üçün onlayn oyun saatları məhdudlaşdırılaraq həftədə üç saata endirilib. Cənubi Koreyada "Shutdown law” - gecə saatlarında oyun qadağası mövcuddur: "Ən yaxşı effekt yaş təsdiqi, vaxt limiti, valideyn nəzarəti birlikdə tətbiq olunanda görünür”.

B.Əliyevin fikrincə, məktəblərdə "Rəqəmsal gigiyena” dərsləri, oyun asılılığı mövzusu üzrə psixoloq sessiyaları, telefonun dərs zamanı istifadəsinə real nəzarət də effektiv ola bilər. Mütəxəssis hesab edir ki, alternativ yaratmadan qadağa tətbiq etmək doğru deyil: "Əgər uşağın əlindən oyunu alırsansa, yerinə nə verirsən” sualı çıxır. Misal üçün: idman dərnəkləri, robototexnika, proqramlaşdırma klubları, məktəbdənkənar fəaliyyətlərin artırılması… Qadağa var, amma alternativ yoxdursa, uşaq yenə gizli oynayacaq”.

ADPU-nun Pedaqoji psixologiya kafedrasının baş müəllimi Nigar Məmmədova hesab edir ki, internetdən istifadə uşaqların öyrənməsi baxımından müsbət haldır, amma çox istifadə ziyanlıdır: "Bəzən uşaqlar dərs adı ilə sosial şəbəkədə vaxt keçirirlər. Ailədə ata-ana telefondan, internetdən istifadə edirsə, uşaqlar da edəcək. Amma valideynlər uşaqları nəzarətdə saxlasalar, daha yaxşı olar”. 

Psixoloq hesab edir ki, valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər: "Uşaqlara yay tapşırıqları verilməlidir. Əvvəllər yay tətilində kim çox kitab oxuyurdusa, ona hədiyyə verilirdi. Belə motivasiyaedici tədbirlər olmalıdır. Məktəblərdə sinifdənkənar tədbirlər təşkil olunmalıdır. Şəhərdə coffeebook-lar açılır. Onların ödənişini bir az azaldıb uşaqları cəlb etmək lazımdır. İndi uşaqlar boşluqları internetlə doldururlar. Valideynlər bu işdə müəllimlərə kömək etməlidir. Bu problemin həlli üçün ailə, məktəb və cəmiyyət bir yerdə işləməlidir”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Mart 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri