Icma.az
close
up
RU
“Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” adlı kampaniya başa çatıb Yeni Gündəm

“Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” adlı kampaniya başa çatıb Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

BMT-nin Əhali Fondunun “Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” şüarı altında keçirdiyi 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.

BMT-nin Əhali Fondunun (UNFPA) Yaponiyanın “Takeda Pharmaceutical Company Limited” şirkətinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar diqqət mərkəzində: qadınlara qarşı zorakılıq pandemiyası ilə mübarizə” layihəsi çərçivəsində icra edilən 16 Günlük Fəallıq Kampaniyası başa çatıb.

BMT-nin Əhali Fondunun məlumatında bildirilir ki, “Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” şüarı altında keçirilən builki kampaniya texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub.

Qeyd edilib ki, dünyada qadınların 85%-i texnologiya vasitəsilə törədilən zoraklığa məruz qalıb və ya digər qadınlara qarşı törədilən bu cür zorakılığın şahidi olub. Dünyada qadınların 57%-nin onlayn videoları və ya şəkilləri sui-istifadə və ya təhrif edilib.

UNFPA-nın bu təşəbbüsü qadınların və qızların texnologiyalardan təhlükəsiz istifadə etməsi üçün cəmiyyətin bütün təbəqələrini səfərbər olmağa çağırıb.

Kampaniya çərçivəsində gender bərabərliyi, gender əsaslı zorakılıq , eləcə də texnologiya vasitəsilə törədilən zorakılıqdan müdafiə mexanizmlərinə dair hazırlanmış materiallar müxtəlif platformalar vasitəsilə ictimaiyyətə təqdim olunub.  Eyni zamanda, sosial şəbəkələr vasitəsilə yayımlanan maarifləndirici video materiallar və sosial çarx hədəf auditoriyalarına gender əsaslı zorakılıqla mübarizənin əhəmiyyətini çatdırıb, rəqəmsal zorakılıqdan müdafiə yollarına diqqət çəkib.

16 Günlük Fəallıq Kampaniyasının əsas komponentləndən biri olan məlumatlandırma sessiyaları Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Qarabağ bölgələrini əhatə edib. Məktəb və icmalarda təşkil edilmiş sessiyalarda qadınlara qarşı texnoloji zorakılığın müxtəlif formaları, o cümlədən, təhqir, təqib, şantaja məruz qalma və şəxsi məlumatların icazəsiz paylaşılması hallarından müdafiə yolları haqqında məlumat verilib. Tədbirlərdə iştirak edən tanınmış influyenserlər sosial şəbəkələrdən istifadə zamanı şəxsi məlumatların paylaşılması ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.  

Kampaniya çərçivəsində məişət zorakılığından müdafiə ilə bağlı UNFPA tərəfindən hazırlanmış veb-resurs da ictimaiyyətə təqdim olunub. Məişət zorakılığı və gender əsaslı zorakılıqla üzləşmiş şəxslər bu onlayn resurs vasitəsilə müvafiq dəstək xətləri, sığınacaqlar və digər xidmətlər barədə ətraflı məlumat əldə edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 14 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see141

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see139

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see135

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see131

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see120

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see116

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see116

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see114

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri