Icma.az
close
up
RU
Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 sentyabr, AZƏRTAC

Rəqəmsal folklorun tədqiqi folklorşünaslığın metodoloji sərhədlərini də genişləndirir.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev söyləyib.

Folklor İnstitutunun direktoru deyib: “Ənənəvi folklorşünaslıq əsasən üz-üzə kommunikasiya, sahə materialları və mətnlərin toplanması üzərində qurulurdusa, rəqəmsal folklor tədqiqatçı qarşısında virtual qrupların müşahidəsi, rəqəmsal izlərin sənədləşdirilməsi, sürətlə dəyişən folklor materiallarının arxivləşdirilməsi və onların sosial kontekstinin müəyyənləşdirilməsi kimi yeni vəzifələr yaradır. Bu baxımdan folklorşünaslığın tədqiqat obyekti ilə yanaşı, “sahə” anlayışının özü də dəyişir. Artıq sahə yalnız müəyyən coğrafi məkan deyil, eyni zamanda, sosial və rəqəmsal kommunikasiya məkanı kimi nəzərdən keçirilir.

Rəqəmsal texnologiyalar insanın texnoloji sistemlə qarşılıqlı əlaqəsini də mətn və məna istehsalının iştirakçısına çevirir. Mövcud folklor süjetlərinin süni intellekt vasitəsilə yenidən işlənməsi, müxtəlif süjetlərin birləşdirilməsi və yeni mətnlərin yaradılması folklorşünaslığın qarşısında yalnız texnoloji deyil, həm də nəzəri xarakterli suallar qoyur”.

Hikmət Quliyev vurğulayıb ki, bu kontekstdə əsas məsələ yalnız süni intellekt tərəfindən yaradılan mətnin folklor olub-olmaması deyil: “Daha fundamental məsələ folklor yaradıcılığının subyekti və kollektiv-fərd anlayışının texnoloji mühitdə necə dəyişməsidir. İnsan tərəfindən verilən “sifariş”, əvvəlki folklor mətnlərindən əldə edilmiş informasiya, alqoritmik emal və nəticədə meydana çıxan yeni mətn arasında yaranan münasibət ənənəvi kollektiv yaradıcılıq modelinə sığmayan yeni vəziyyət formalaşdırır. Bu, folklorşünaslıq və mədəniyyətşünaslıq, fəlsəfə və digər elmlər qarşısında insan–texnologiya münasibətlərini, kollektiv və alqoritmik yaddaşı, folklor materialının yenidən istehsalını və yeni mənanın yaranma mexanizmlərini araşdıran yeni perspektivlər açır. Folkloru yalnız keçmişdən gələn mədəni irs kimi deyil, cəmiyyətin kommunikasiya, yaddaş, identiklik və mənayaratma proseslərində daim yenilənən canlı sistem kimi nəzərdən keçirmək lazımdır.

Bu yanaşma folklorşünaslığın ənənəvi materialları qoruma funksiyasını istisna etmir, əksinə, həmin funksiyanı müasir sosial, rəqəmsal və texnoloji reallıqların tədqiqi ilə tamamlayır. Rəqəmsal mühit və süni intellektin meydana çıxması folklorun sonu deyil, onun nə olduğu, kim tərəfindən yaradıldığı, hansı mühitdə dövr etdiyi və necə mənalandırıldığı barədə yeni sualların başlanğıcıdır”.

Müxbir - Tünzalə Arazlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri