Icma.az
close
up
RU
Rəqəmsal sektorda yeni mərhələ İT xidmətləri UCUZLAŞACAQ?

Rəqəmsal sektorda yeni mərhələ İT xidmətləri UCUZLAŞACAQ?

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirmək və innovativ fəaliyyətləri təşviq etmək məqsədilə İT sektorunda çalışan fiziki şəxslər üçün yeni vergi güzəştləri təklif olunur. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, rəqəmsal texnologiyalar sahələrində fəaliyyət göstərən fiziki şəxslərin 2026-cı il iyulun 1-dən etibarən 20 il müddətinə gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. Bu təşəbbüsün həm sektorun inkişafına, həm də göstərilən xidmətlərin qiymətlərinə mümkün təsirləri müzakirə mövzusuna çevrilib.
İT sektorunda çalışanlar üçün vergi güzəştləri tətbiq olunması xidmət qiymətlərinin aşağı düşməsinə nə dərəcədə təsir göstərə bilər?
Mütəxəssislər bildirir ki, nəzəri olaraq vergi güzəşti İT xidmətlərinin qiymətinin aşağı düşməsinə təsir göstərə bilər, amma bu təsir tam həcmdə olmayacaq. Xüsusilə fərdi mütəxəssislər və kiçik xidmət təminatçıları daha aşağı qiymətlərlə xidmət təklif edə bilərlər.
Həmçinin vergi yükünün azalması bu sahələrə marağı artıra və yeni mütəxəssislərin fəaliyyətə başlamasını təşviq edə bilər. Bu da sektorun daha sürətli inkişaf etməsi ilə nəticələnər.
İT mütəxəssisi Bəxtiyar Quliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, konkret olaraq sırf xidmət göstərən (proqram yazan, it xidmətləri təklif edən, kabelləşmə işlərini görənlər daha aşağı qiymət təklif edə biləcəklər:
“Amma xidmətlə avadanlıq bir yerdə olan lahiyələrdə, xərclərin çoxunu avadanlıq alışı təşkil edirsə, orda keçən illə nisbətdə ucuzluq hiss olunmayacaq. Çünki İT avadanlıqların alışında ötən illə nisbətdə artım müşahidə olunur. Yekunda ötən ilə baxanda qiymət fərqi hiss olunması hələ ki gözlənilmir. Ən əsası, əvvəl qeyri leqal iş görənlər, rahatlıqla leqal işləyə biləcək. Bu qərar ümumilikdə xidmət göstərənlərin yayınma hallarını xeyli azalda bilər”.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 İyun 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri