“Rəqəmsallaşma magistratura proqramlarının əsas nüvəsini təşkil edəcək” EKSPERT DANIŞDI
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
“2026-cı ilin yanvar ayına olan ən son məlumatlara və qlobal əmək bazarının tələblərinə əsasən, magistratura pilləsində yaradılacaq yeni ixtisaslar əsasən bir neçə strateji istiqaməti əhatə edəcək”. Bu sözləri SİA -ya açıqlamasında Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, məsələyə dövlətimizin hədəfləri və qlobal trendlər baxımından nəzər salsaq görərik ki, magistraturaya hazırlaşanları aşağıdakı sahələr üzrə yeniliklər gözləyir:
Rəqəmsallaşma magistratura proqramlarının əsas nüvəsini təşkil edəcək. Yeni ixtisaslar süni intellekt və yüksək texnologiyalar sahələrini heç şübhə etmirəm ki, bizi fokuslandıracaq. Yeni sahədə ixtisaslar - süni intellekt idarəçiliyi; kibertəhlükəsizlik strategiyaları; böyük verilənlər analitikası və s. prioritet təşkil edəcək.
Dünyanın qlobal həlləri fonunda sıfır karbonlu (karbon emmissiyasından azad) dünya uğrunda hərəkat, "Yaşıl Enerji" və Dayanıqlı İnkişaf ön planda qərarlaşdığı üçün və həm də ölkəmizin 2026-cı il üçün müəyyən etdiyi "Yaşıl iqtisadiyyat" hədəflərinə uyğun olaraq: bərpa olunan enerji mənbələrinin (günəş, külək və hidrogen enerjisi) idarə edilməsi; agıllı şəhər (kənd) idarəetməsi, ekoloji menecment və iqlim dəyişikliyi kimi konsepsiyalara uyğun ixtisaslara önəm verilməsi mümkündür.
Daha bir yenilik kimi fənlərarası (-inter, -trans və multidissiplinar) ixtisaslarda magistr hazırlığına diqqət artırılacağı şübhəsizdir. Artıq mübahisəedilməz həqiqət ondan ibarətdir ki, gələcəyin elmi fənlərarası münasibətdə qərarlaşacaqdır. Qeyd olunan istiqamətdə mənim də həmmüəllifi olduğum “Fənn münasibətləri: Yeni biliklər istehsalı” adlı akademik tədqiqat kitabımız Bp-nin maliyyə dəstəyi ilə çap olunmuş və ayrı-ayrı fənlərin tədrisində məhz yeni yanaşmaların (inter, trans və multidissiplinar) vacibliyi akademik yanaşmalarla əsaslandırılmışdır. Düşünürəm ölkəmiz üçün dissiplinlər arası yanaşmada aşağıdakı ixtisasların yaradılması böyük əhəmiyyət daşıya bilər. Bunlar bioinformatika və biotexnologiya; rəqəmsal humanitar elmlər; neyropedaqogika və s. ola bilər.
Digər bir baxış işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı hədəflənmiş sahələrdə yüksəkixtisaslı kadrlara ehtiyacdan yaranan ixtisaslar ola bilər. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması yeni ixtisaslara - post-münaqişə ərazilərinin iqtisadi idarəedilməsi; mədəni irsin bərpası və mühafizəsi; aqrotexnologiya: müasir suvarma və əkinçilik sistemlərinin idarə edilməsi və s. xüsusi tələbi ortaya qoyur.
Digər ixtisaslar kimi yaradıcı sənayelər paradiqmasının yaratdığı gerçəkliklər fonunda və Mədəniyyət Konsepsiyası çərçivəsində magistratura səviyyəsində aşağıdakı ixtisaslarda kadr hazırlığını əhatə edir:
mədəniyyət menecmenti və art-biznes; oyun dizaynı və animasiya və s.
Burada ən vacib məqam və çətinlik isə həm tədris resurslarının (laboratoriya şəbəkələrinin, məzmunu özündə əhatə edən dərslik və proqramların çatışmazlığı, və s.) həm də pedaqoji heyətin hazırlığı məsələləri ola bilər.
Qeyd olunan istiqamətlərdə magistraturaya hazırlaşan namizədlərə tövsiyyə olaraq deyə bilərəm ki, onlar təkcə nəzəri biliklərə deyil, həm də "transdissiplinar" bacarıqlara (yumşaq bacarıqlar, texnoloji savadlılıq və xarici dil) diqqət yetirməlidirlər. Yaxın perspektivin magistraturasında artıq dar ixtisaslaşma deyil, bir neçə sahəni birləşdirən "universal mütəxəssis" modeli ön planda olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 19 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















