Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb BAHAR MURADOVA
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün yeni çağırışlar böyük qayıdış prosesi çərçivəsində meydana çıxdığından bəzi məsələlər kollektiv müqavilələrdə də öz əksini tapmalıdır. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsirləri artıb:
"İşçi hüquqlarını yeni çağırışlara uyğunlaşdırmalı, işçiləri rəqəmsal mühitə hazırlamalıyıq. İnsanların "smart kənd"də yaşamağa alışması üçün addımlar atmalıyıq. Bunun üçün yeni layihələr reallaşdırılmalıdır. Orada yaşayan ailələrin, bərpa və minatəmizləmədə iştirak edən insanların hüquqlarının qorunması da kollektiv müqaviləyə daxil edilməlidir".
Komitə sədri əlavə edib ki, bu gün dünyada dövlətlərin fəaliyyət gündəliklərinin əsas prioritetlərindən biri əməkçi insanların, o cümlədən, ailələrin sosial rifahının möhkəmləndirilmək, qadınların və uşaqların hüquqlarını qorumaq, hər kəs bərabər imkanlar və bərabər fürsətlər yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Aprel 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















