Rəqib futbol oynamaq istəyirdi, bu da işimizə yaradı Pakş ın baş məşqçisi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Macarıstanın “Pakş” klubunun baş məşqçisi Dyord Boqnar “Sumqayıt”a qarşı keçirdikləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının performansından razı qaldığını bildirib:
“Bütün hücumçularımızın qol vurması, özü də bunu məhz açıq hücumdan etmələri sevindirici haldır. Rəqib futbol oynamaq, topu geridən çıxarmaq istəyirdi. Bu isə pressinq taktikasını məşq etməyimiz baxımdan bizim üçün xüsusilə əlverişli oldu. Rəqib meydançasında xeyli top qazandıq və demək olar ki, qol epizodlarımızın əksəriyyətini bu yolla yaratdıq”.
Mütəxəssis komandanın hazırlıq prosesinə də toxunub:
“Bu yoxlama matçı həm fiziki yüklənmə, həm də oyun planında hazırlığa əla xidmət etdi. Əlbəttə, fərdi planda oyunçulardan daha yaxşı qərarlar gözləyə bilərik, lakin bunu ilk günlərdən gözləmək doğru olmaz.”
Xatırladaq ki, Türkiyədə baş tutan görüş “Sumqayıt”ın 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Yanvar 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















