Icma.az
close
up
RU
Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komandamız hər oyuna yalnız qələbə üçün çıxır Fernandu Santuş

Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komandamız hər oyuna yalnız qələbə üçün çıxır Fernandu Santuş

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə matçlarından öncə baş məşqçi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Sportal.az xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

- Legioner limitinin ləğvinə ən çox etiraz etməli olan şəxs siz idiz. İndi peşman deyilsiz ki?

- Öncə, "Qarabağ"ı təbrik etmək istəyirəm. Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıblar. Düşünürəm ki, bu, "Qarabağ" üçün çox vacib nəticədir. Başda Qurban Qurbanov olmaqla, "Qarabağ"ın bütün oyunçularını təbrik edirəm. Əlbəttə ki, bu uğur Azərbaycan üçün böyük nailiyyətdir. Avropa bir müddət "Qarabağ" və Azərbaycan haqda danışacaq. Sizin suala gəldikdə, o elə məsələdir ki, mənə aidiyyatı yoxdur. Mən sadəcə olaraq baş məşqçiyəm, öz işimə köklənirəm. Qalan məsələlər barədə Azərbaycan futbolundakı rəhbərlər qərar verir.

- Kapitan Bədavi Hüseynov yoxdur. Rza Cəfərov və Aydın Bayramov isə bu mövsüm oynamayıb. Başqa seçiminiz yox idi?

- Əlbəttə ki, rəqabətdə çıxış etməyən oyunçu məni narahat edə bilər. Baş məşqçi olaraq istəyərəm ki, bütün oyunçuların davamlı oyun praktikası olsun. Amma bu hazırkı reallıqdır. Bu ssenari ilə davam edib, işləməliyik. Çalışacağıq ki, əlimizdə olan materialla yaxşı hazırlaşaq və qarşıdakı matçlarda yaxşı nəticələr əldə edək. İstəyərəm ki, bütün dəvət edilənlər davamlı oynasınlar. Analizlər edirik, oyunları izləyirik. Bədavini çox istəyirəm, ona böyük hörmətim var. Oynamadığı üçün bu toplanışa dəvət almır. Amma bu, o demək deyil ki, onun üzərindən xətt çəkmişəm. Qarşıdakı matçlarda onu görə bilərik.

- Yaxşı nəticəyə ümid etdiyinizi dediniz. Qarşıdakı iki matçda sizin üçün yaxşı nəticə nədir?

- Futboldur, hər bir nəticə gözlənilə bilər. Amma son yoldaşlıq görüşləri və ondan öncəki  toplanışlardan deyə bilərəm ki, oyunçular çox istəklidirlər. Yaxşı məşqlər edirlər. O da mənə ümid verir ki, istədiyimiz nəticələri əldə edə bilərik. Mən, futbolçular, Azərbaycan xalqı, hamımız qələbə gözləyirik. 

- Legioner limitinin ləğvi ilə bağlı sizinlə məsləhət etdilər? Şəxsi fikriniz necədir?

- Bayaq cavab verdim. 

- Mehdi Cənnətovun milliyə dəvət edilməməsi nə ilə bağlıdır?

- Dəvət ala bilməzdi. Çünki pasportla bağlı problemləri var. Eyni qaydada Vüsal İsgəndərli də pasport problemi yaşayır.

- İlk mətbuat konfansınızda demişdiz ki, Yunanıstan futbolunda etdiklərimizi burada etmək istəyirik. Amma indi deyirsiz ki, mən baş məşqçiyəm, verilən qərarlar AFFA rəhbərliyinindir...

- Legioner limiti mənə aid olan məsələ deyil. Bu bir təhlildir. Bir ölkəni o biri ilə müqayisə etmək olmaz. Portuqaliyada legioner limiti yoxdur, 11 legioner çıxış edə bilər. Amma çox sayda oyunçular var ki, xaricdə oynayırlar. Ölkələri müqayisə edə bilmərik. Hər bir ölkə düşünməlidir ki, hansı addım ölkə futbola kömək ola bilər.

- "Qarabağ"ın Çempionlar Liqasında əsas mərhələyə yüksəlməsi haqda fikriniz necədir? 

- Sözsüz ki, asan olmayacaq. Rəqiblər aydındır. "Qarabağ" layiqli şəkildə buralara çıxıb. Ən yaxşısını edəcəklər ki, ən yaxşı şəkildə ölkəni təmsil etsinlər. Neçə xal barədə heç nə deyə bilmərəm. 

- İslandiya və Ukrayna ilə bağlı fikirləriniz necədir?

- Asan oyunlar deyil. İslandiya uzun müddətdir ki, eyni oyunçularla birlikdə çıxış edir. Bütün futbolçular ölkə xaricində oynayırlar. Çox təcrübəli və keyfiyyətli oyunçulardır. Elə komandadır ki, arxadan hücumların qurulmasını çox yaxşı bacarırlar, çox yaxşı təşkil olunmuş hücumları var. Topsuz oyunda çox aqressiv çıxış edirlər, çalışırlar ki, top itirilən kimi geri qazansınlar. Köməkçilərimlə birlikdə İslandiya millisinin oyunlarına baxmışıq, təhlil etmişik. Əlbəttə ki, təhlil edəndə onların güclü nöqtələrini ortaya çıxarmışıq. Hücumda güclüdürlər. Zəif nöqtələrini də bilirik. Komandamızı bu oyuna yaxşı hazırlayacağıq. Rəqibimiz 4-2-3-1 sxemi ilə oynayır. Hücumda olanda 4-3-3 çıxış edirlər, onların oyun dinamikasını təhlil etmişik. İntensiv komandadır, buna baxmayaraq, çox yaxşı oyun olacaq. Yaxşı da hazırlaşacağıq. Ukrayna millisi də çox güclü rəqibdir. İslanidya və Ukraynanı müqayisə etsək, islandlar 4-2-3-1 sxemi ilə oynayır. Ukrayna millisində isə bir dayaq yarımmüdafiəçisi, önündə də 2 hücumameyilli oyunçu ilə çıxış edirlər.  Bizim üzərimizə düşən hər iki komandanı yaxşı təhlil edib, oyunçulara çatdırmaqdır. Bu iki oyundan biri səfərdədir, uzun səfər olacaq. Qərar vermişik ki, İslandiyaya daha erkən yollanaq, ora yerləşək, uyğunlaşaq. Uzun səfər olduğu üçün bu da oyunçulara necəsə təsir göstərə bilər. Aramızda 4 saatlıq fərq var. Ümumi qeydlər var ki, bu cür uzun səfərdən sonra oyunçu bir gün özünə gəlsin. Buna görə qərar verildi ki, ora daha tez uçaq. Ondan sonra da artıq evdə oynayacağıq. Azarkeşlərin dəstəyinə güvənirik. Ümid edirik ki, bizi dəstəkləyəcəklər. Bu, vacib amildir. Rəqibin güclü və ya zəif olmasına baxmayaraq, komanda hər oyuna yalnız qələbə üçün çıxır.

- Milli komandanın uğursuzluqlarına görə sərt tənqidlər var. Bunu necə qarşılayırsız?

- 40 ildir baş məşqçi kimi çalışıram (gülür).

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://sportal.az
archiveBu xəbər 29 Avqust 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri