Rəqibin saçını çəkdi, meydandan qovuldu Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya La Liqasının 8-ci turunda “Vilyarreal”a qalib gəldikləri matçda (1:0) qalmaqallı şəkildə qırmızı kart alan “Real Madrid”in braziliyalı ulduzu Vinisius Junior azarkeşlərdən və komandasından üzr istəyib.
“Qafqazinfo” xəbər verir ki, vinger qarşılaşmanın ikinci hissəsində rəqib torunu silkələsə də, VAR müdaxiləsindən sonra qol ləğv edilib.
Kadrlarda Vinisiusun hücumun əvvəlində “Vilyarreal”ın kanadalı yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından çəkdiyi aydın görünür. Bu hərəkətinə görə o, birbaşa qırmızı kartla meydandan qovulub. Sözügedən epizoddan sonra “Instagram” hesabında paylaşım edən Vinisius “Şənlik davam edir... Komandamdan və azarkeşlərimizdən üzr istəyirəm” ifadələrini işlədib.
İnsayder Fabrisio Romanonun yaydığı hakim hesabatında isə braziliyalının qərara aqressiv reaksiya verdiyi, hakimin üzərinə qışqıraraq yeridiyi və komanda yoldaşlarının onu çətinliklə saxladığı bildirilir.
“The Touchline” nəşrinin məlumatına görə, “Kral klubu” rəhbərliyi futbolçunun köhnə intizam vərdişlərinə qayıtmasından ciddi narahatlıq keçirir. Vinisiusun 2-3 oyunluq disvalifikasiya alacağı və çempionatın lideri “Barselona” ilə keçiriləcək növbəti “El Klasiko”nu buraxacağı gözlənilir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Oktyabr 2026 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















