Icma.az
close
up
RU
“Rəqiblər bizə qarşı xüsusi amansızlıq göstərir, hakimlər isə susur”

“Rəqiblər bizə qarşı xüsusi amansızlıq göstərir, hakimlər isə susur”

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Difai”nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.

“Qafqazinfo” Sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə afrikalı forvardın özü açıqlama verib.

O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Futbolçu hakimlərin ayrıseçkilik hallarına yol verməsindən şikayətlənib.

“Mən Kamerun vətəndaşıyam. 2 ildir Azərbaycanda legioner həyatı yaşayıram. I liqada çıxış edən “Difai”nin şərəfini qoruyuram. Azərbaycandan öncə də legioner həyatı yaşamışam. İstənilən ölkədən təklif alarkən, təqdim olunan pula yox, həmin ölkədəki vəziyyətə baxıb qiymət verirsən. Həmin ölkədə qanunların işlək olması, insan hüquqlarının qorunması əsas amildir. Azərbaycandan təklif alanda da bu məsələləri araşdırdım. “Qarabağ” tanınmış klubdur. Orada oynayan və oynamış tanışlarım, ortaq yoldaşlarım vasitəsilə məlumat aldım.

Azərbaycanda dinindən, dilindən, sosial vəziyyətindən, cinsindən, irqindən aslı olmayaraq, hamının qanun qarşısında bərabər olması məndə və ailəmdə etibarlıq hissi oyatdı. Lakin son vaxtlar oyunlarda şəxsimə qarşı göstərilən münasibət məni çox narahat edir. “Mingəçevir” komandası ilə oyunda rəqib oyunçunun öz cərimə meydançasında, baş hakim Əli Əliyevin gözü qabağında mənim ağzıma yumruq vurması, referinin buna etinasız qalması, iradımı bildirdikdə isə mənə sarı vərəqə göstərməsi və Azərbaycan dilində başa düşmədiyim, lakin intonasiyasından heç də yaxşı bir şey olmadığını söyləməsi anlaşılan deyil. Oyundan sonra öyrəndim ki, həmin baş hakim rəqib komandanın baş məşqçsinin tələbəsi olub.

Həmin matçda həyatımda görmədiyim zərbə, təzyiq və haqsızlıqlara məruz qaldım. Dəfələrlə başımdan, boynumdan, ayağımdan, belimdən zərbələr alsam da, bütün bunlar hakimlərin gözü qarşısında baş versə də, nədənsə hakimlər susdular. İstər mənə, istərsə də komanda yoldaşım, Nigeriyadan olan Alfa Muhammedə qarşı olunan qayda pozuntuları hakimlər görməzdən gəldilər. Rəqib komandanın oyunçuları bizə qarşı xüsusi amansızlıq göstərir, hakimlər isə susmaqla onlara dəstək verirdilər.
Rəqib oyunçuların ən çox mənə və Nigeriyadan olan komanda yoldaşım Mühammed Alfaya qarşı daha qəddarcasına davranması, hakimlərin də buna göz yummasını yalnız irqçilikdən irəli gələn addım kimi qiymətləndirirəm. 

Bilmək istəyirəm, əgər mənim dərimin rəngi ağ olsa idi, hakimlər üzümə, boynuma, ayağıma, belimə vurulan zərbələrə görə cərimə təyin edib, qarşı komanda üzvünə qırmızı kart göstərəcəkdimi?

Bütün platformalardan istifadə edərək edəcəm. FİFA və UEFA-ya müraciət etmişəm. 

Mənim həyatım, sağlamlığım inspektor üçün yalnız “bir epizoddur”? Görünür, hakim-inspektor Ömər Paşayev dərisinin rəngi ondan fərqli olanlara epizod gözü ilə baxır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri