Rəqqada gizli tunellər aşkarlandı Türkiyəyə doğru qazılır
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
PKK/YPG terror təşkilatı Suriyanın Rəqqa, Hələb və Deyrizor bölgələrində yeraltı qazıntı işlərini sürətləndirib.
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror təşkilatının qazdığı tünellər xəstəxana və məktəblərin altına qədər uzanır və Türkiyə sərhədinə doğru irəliləyir.

Qeyd olunur ki, Rəqqa şəhərinin müxtəlif bölgələrində ağır texnika ilə davam edən qazıntılar, xüsusilə Al-Maşlab məhəlləsində gecə-gündüz aparılır. Şəhərin şərqindəki sənaye bölgəsində tərk edilmiş binaları birləşdirən tünellər, Al-Quvatli prospektindəki qərargaha qədər uzanır. Həmçinin 17-ci alay bölgəsində isə silah saxlama və komanda mərkəzi kimi istifadə olunacaq dərin qazıntılar mövcuddur.

Məlumata görə, bu qazıntıların əsas məqsədi Rəqqadakı terror təşkilatı ani hərbi əməliyyatlara qarşı müqavimət göstərə bilməsi üçün yeraltı müdafiə xətti yaratmaqdır. Qeyd olunur ki, PKK bu tünellərlə şəhər daxilində üstünlük qazanmaq niyyətindədir.
Həmin tunellərin 3 növə bölündüyü bildirilib:
- İşçi heyəti üçün keçidlər;
- Nəqliyyat vasitələri üçün geniş keçidlər;
- Yaşayış və komanda mərkəzi funksiyası daşıyan tunellər.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















