Icma.az
close
up
RU
Həftənin transfer iddiaları

Həftənin transfer iddiaları

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropada qış transfer “pəncərəsi” adəti üzrə yanvarda açılacaq. Amma indidən yetərincə maraqlı transfer iddiaları var.

"Football-plus.az" bu yazıda sizi onlarla tanış edəcək.
Qehi Avropa nəhənglərinin “radarında”
“Kristal Pelas”ın və İngiltərə yığmasının müdafiəçisi Mark Qehi artıq bir neçə top-klubun diqqətini cəlb edub. Jurnalist Flroian Plettenberqin məlumatına inansaq, “Bavariya”nın idman direktoru Maks Eberl onunla ən qısa müddətdə görüşüb danışıqlar aparmaq niyyətindədi. Eberl Qehinin oyununu çox bəyənir və onu Münhen nəhənginə qazandırmaq üçün əlindən gələni etməyi planlaşdırır. İddialara görə 25 yaşlı futbolçunun xidmətində “Real”, “Barselona” və “Liverpul” da maraqlıdı. Kapitan sarğısını daşıyan və London klubunda müdafiənin dirəyi sayılan Qehi bu mövsüm premyer-liqada 15 oyunda iştirak edərək 2 qol vurub.
Benzemanın Səudiyyə Ərəbistanı macərası bitir?
Böyük ehtimalla Kərim Benzema Səudiyyə Ərəbistanında sonuncu mövsümünü keçirir. Onun indiki müqaviləsinin müddti 2026-nın yayında başa çatır və “Əl-İttihad” “Qızıl top”un sahibinə hələ də yeni müqavilə təklif etməyib. İnsayder Nikola Skiranın yazdığına inansaq, Benzema özü də artıq Səudiyyə Ərəbistanından ayrılmaq arzusundadı.
Ötən mövsüm “Əl-İttihad”ın çempionluğunda mühüm rol oynayan, 29 oyunda 21 qol vuran ünlü forvard bu mövsüm çempionatda yalnız 6 oyunda iştirak edərək 4 qol vurub.
Alaba artıq “Real”a lazım deyil
David Alaba mövsümün sonunda “Real”ı tərk edəcək. Bu xəbəri tanınmış insayder Fabritsio Romano paylaşıb. Onun sözünə görə, Madrid nəhənginin rəhbərliyi zədələrdən heç cür qurtula bilməyən təcrübəli futbolçu ilə bağlı yekun qərarını verib və gələn il iyulun 1-dən Alaba sərbəst futbolçuya çevriləcək. Düzdü, avstriyalı müdafiəçi Madriddə qalmağın tərəfdarı idi. Amma rəhbərliyin öz planları var. 33 yaşlı futbolçu karyerasını Avropada davam etdirmək arzusunda olsa da, hələlik ona yalnız Səudiyyə Ərəbistanı klubları maraq göstərir.
Şlotterbekin seçimi nə olacaq?
Dortmund “Borussiya”sının və Almaniya yığmasının müdafiəçisi Niko Şlotterbekin adı son dönəmlərdə transfer mövzusunda ciddi hallanmağa başlayıb.Onun indiki müqaviləsinin müddəti 2027-nin yayına qədər nəzərdə tutulub. “Borussiya” bu futbolçu ilə 2030-a qədər yeni müqavilə imzalamaq istəyir. Tərəflər anlaşa bilsə, Niko “arılar”ın heyətində ən çox qazanananlardan biri olacaq. Klub ona ilə 14 milyon avro təklif edir. Pusquda dayanan “Bavariya” isə 15 milyon avro təklif edir.
Almaniyanın “Skay Sport” kanalına inansaq, 26 yaşlı futbolçu özü “Bavariya”ya və ya “Real”a keçməyin tərəfdarıdı. Madrid nəhəngi onu diqqətdə saxlasa da, ortada rəsmi təklif yoxdu. Şlotterbek bu mövsüm 10 oyunda iştirak edərək 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Salahı ərəblər və “Qalatasaray” istəyir
Məhəmməd Salahla “Liverpul”un münasibətlərinin pozulması, heç şübhəsiz, son həftələrdə Avropa futbolunda ən çox müzakirə edilən mövzulardan biridi. Misirli ulduzla baş məşqçi Arne Slot arasında hələlik “atəşkəs” əldə olunub. Amma Salahın “Liverpul”dan ayrılmaq ehtimalı indi heç vaxt olmadığı qədər yüksəkdi. Onun artıq Afrika Millətlər Kubokuna (AMK) yollandığını və qarşıdan transfer dönəminin gəldiyini nəzərə alsaq, Salahın, ümumiyyətlə, bir daha “qırmızılar”ın heyətində meydana çıxıb-çıxmayacağı bilinmir. Səudiyyə Ərəbistanının bütün nəhəngləri – “Əl-Hilal”, “Əl-Nəssr”, “Əl-İttihad”, “Əl-Əhli” və “Əl-Qədisiyə” onun üçün sıraya düzülüb. Bu arada 33 yaşlı futbolçu uğrunda mübarizəyə sürpriz şəkildə “Qalatasaray” da qoşulub.
“Fanatik”in iddiasına inansaq, Türkiyə çempionu misirli ulduza illik 15 milyon avro maaş təklif edib! Ancaq futbolçunun özünün Türkiyədə oynamaq istəyi yoxdusa, İstanbul nəhəngi çətin ki, pul baxımından ərəblərlə rəqabət apara bilsin. Üstəlik “Liverpul” özü də 2027-yə qədər müqaviləsi olan əsas ulduzuna görə ən azı 50-60 milyon avro tələb edəcək. İstənilən halda bu məsələyə yalnız AMK-dan sonra aydınlıq gələcək. Əvvəlki illərlə müqayisədə bu mövsümü nisbətə zəif keçirən Salah 20 rəsmi oyunda hesabına yalnız 5 qol, 4 məhsuldar ötürmə yaza bilib.
Zirkzee yenidən İtaliyaya qayıdacaq?
“Bolonya”da ulduzu parlayandan sonra “Mançester Yunated”də ulduzu sönən Coşua Zirkzee yenidən İtaliyaya qayıda bilər. Niderlandlı futbolçu bu mövsüm premyer-liqada 8 oyunda iştirak edərək cəmi 1 qol vurub. İtaliya mətbuatına inansaq, “Roma” bu futbolçunun xidmətində ciddi şəkildə maraqlıdı. “Canavarlar”ın qışda Zirkzeeni icarəyə götürməyə cəhd edəcəyi gözlənilir. Müqaviləyə salınan şərtlər həyata keçsə, “Roma” yayda onu artıq daimi əsasda transfer edə bilər. Amma Zirkzeenin özü İngiltərədə qalaraq əsas heyət uğrunda mübarizə aparmağın əleyhinə deyil.
Bundan başqa, Mançesterin digər təmsilçisi “Siti” isə “Monako”nun 23 yaşlı ulduzu Maqnes Akliuşun xidmətində maraqlıdı. “Knyazlar” bu futbolçuya görə 70 milyon avro tələb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri