Azərbaycan və BƏƏ arasında münasibətlər qarşılıqlı etimad, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulub
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri və Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə keçirdiyi görüş iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirir”.
Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O qeyd edib ki, bu səfər təkcə protokol xarakteri daşımır, həm də Azərbaycan–BƏƏ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər:
“Azərbaycan və BƏƏ arasında münasibətlər uzun müddətdir qarşılıqlı etimad, suverenliyə hörmət və praqmatik əməkdaşlıq prinsipləri üzərində qurulub. Prezidentlər səviyyəsində keçirilən görüşlər bu münasibətlərin institusional xarakter aldığını və şəxsi siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqləyir. Xüsusilə enerji, bərpa olunan enerji mənbələri, investisiyalar, nəqliyyat-logistika və yüksək texnologiyalar sahəsində əməkdaşlıq gündəmin əsas istiqamətlərini təşkil edir. BƏƏ-nin qlobal investisiya imkanları və Azərbaycanın regional nəqliyyat və enerji qovşağı kimi artan rolu bu əməkdaşlığı qarşılıqlı faydalı edir”.
Süleyman
Bu mövzuda digər xəbərlər:Azərbaycanla Qətər arasındakı münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulub AZƏRTAC
10 Dekabr 2024 14:38
Qarşılıqlı hörmət və etimad üzərində qurulan münasibətlər ŞƏRH
13 May 2025 15:59
Azərbaycan və Çin arasındakı siyasi münasibətlər qarşılıqlı etimad və prinsipiallıq üzərində qurulub
25 Aprel 2025 23:18
Azərbaycan Slovakiya münasibətləri uzunmüddətli əməkdaşlıq üzərində qurulub MƏQALƏ
10 Dekabr 2025 14:28
Azərbaycan və Özbəkistan arasında münasibətlər sağlam siasi təməl üzərində qurulub
17 Noyabr 2025 13:52
Baxış sayı:72
Bu xəbər 17 Dekabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















