Icma.az
close
up
RU
Rəqs edən taun

Rəqs edən taun

Lent az saytına istinadən Icma.az xəbər verir.

XVI əsrin əvvəllərində Strasburq şəhərinin sakinləri çox qəribə və izahı mümkün olmayan bir xəstəliyə tutulmuşlar. (Strasburq hazırda Fransa şəhəri sayılsa da həmin hadisə dövründə şəhər Müqəddəs Roma imperiyasına daxil idi.) Sonralar bu xəstəlik "Rəqs edən taun" adı ilə tarixə düşüb. Bu rəqs epidemiyası 1518-ci ilin iyul ayında madam Frau Troffea adlı qadının Strasburq küçələrinə çıxaraq heç bir səbəb olmadan musiqisiz rəqs etməyi ilə başlayıb. Bayram günü deyildi, musiqi səslənmirdi və onun rəqsə başlamaq istəyinə səbəb olacaq sevincli bir hadisə yox idi. 

Küçədə səbəbsiz rəqs edən qadının bədəni sadəcə olaraq, qıcolmaya bənzər müxtəlif impulsiv hərəkətlər edir. Hərəkətlərinə nəzarət etmək, özünü dayandırmaq gücündə olmayan xanıma elə həmin gün otuza yaxın adam qoşulur. Təxminən 3 gün dayanmadan rəqs edən xanım Troffea tamamilə taqətdən düşür və küçədə yıxılır. 

Dayanmayan küçə rəqsinə bir ay müddətində 400-ə yaxın adam qoşulur. Tarixi faktlarda deyilir ki, günlərlə rəqs edən adamlar heç nə yemirdilər. Onların bir çoxu yalnız enerjiləri tamamilə tükəndikdə, insult keçirdikdə, yaxud infarkt olduqda dayanırdılar.

Beləliklə, “Rəqs edən taun” bütün şəhəri bürüyür. Şəhər rəhbərliyi bu dəhşətli hadisənin səbəbini çözməyə, qarşısını almağa çalışır. Bu arada şəhərin allah lənətinə gəlməsi, yaxud şeytanın sakinləri ələ alması kimi insanları qorxudan şaiyələr gəzir. Dövrün həkimləri və ziyalıları bu rəqs xəstəliyini insanların qanının zəhərlənməsi ilə izah edir və çıxış yolunu onların damarını çərtərək "isti qan"ı çölə axıtmaqda görürlər. 

Lakin şəhər rəhbərliyi və zadəganlar xəstəliyi başqa yolla qarşılamağı qərara alırlar. Onlar rəqs yerlərinin sayını artırmaq, qadağan olunmuş musiqi alətlərini hər yanda səsləndirmək və daha çox insanı rəqslərə cəlb etməklə bütün şəhər sakinlərini yorub birdəfəlik sakitləşdirməyə  çalışırlar. Lakin vəziyyət daha da pisləşir, insanlar dayanmadan gecə-gündüz rəqs edir, bəziləri bu intensivliyə tab gətirmir, yıxılıb ölürlər.

Bu əcaib rəqslər xanım Troffinin ölümündən bir ay sonra, heç nə olmamış kimi, öz-özünə dayanır. Sonradan məlum olur ki, rəqs vəbası dörd yüzə yaxın insanın həyatına son qoyub.

Tarixən bu heyrətamiz xəstəliyin səbəblərini uzun müddət çözməyə çalışmışlar. Hurafatçılar bunu şəhər sakinlərinin lənətlənməsi ilə izah etmişlər. Bəzi versiyalarda isə insanların uzun sürən aclığa və təbii fəlakətlərə görə kütləvi psixoz yaşadığı qeyd olunur. Lakin araşdırmaçılar üçüncü versiyanı daha real hesab edirlər. Belə ki, kiflənmiş çovdar unundan hazırlanmış çörəklə birlikdə bədənə daxil olan ergot (göbələk) ilə zəhərlənmə nəticəsində yaranan hallüsinasiya və qıcolmalar insanları bu cür qeyri-adi hərəkətlərə gətirib çıxarıbmış.

Beləcə, "Rəqs edən taun" mövzusu uzun müddət Avropada rəssamları özünə cəlb etmişdi. Hazırda bu mövzuya həsr olunmuş onlarla rəsm əsəri mövcuddur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Yanvar 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri