Kafedə rəqs edən gənc döyüldü
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tovuz rayonunda 2001-ci il təvəllüdlü Məmməd şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Şahinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 23-də rayonun Aşağı Quşçu kəndində baş verib. Məmməd həmin gün, gecə saat 1 radələrində kənddə fəaliyyət göstərən ictimai yer hesab olunan “777” adlı kafedə müştəri qismində əyləşərək spirtli içkilər qəbul etdikdən sonra sərxoş olub..
O, həmin vaxt kafedə müştəri qismində əyləşmiş Şəmkir rayonunun Sabirkənd kənd sakini Şahinin musiqi sədaları altında oynayan zaman ehtiyatsızlıqdan əlinin onun kürək nahiyəsinə dəyməsini bəhanə edib, təpik və yumruq zərbələri ilə bir neçə dəfə qonun sifət, həmçinin bədəninin müxtəlif nahiyələrində zərbələr vurub.
Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sentyabrın 22-də Aşağı Quşçu kəndinə toy məclisinə dəvət alıb: “Mən həmin tarixdə toy məclisində iştirak etdim. Toy məclisindən gecə saat təxminən 23 radələrində çıxdım. Həmin toy məclisində spirtli içki olan araq qəbul etdim. Toy məclisindən çıxdıqdan sonra dostlarım ilə birlikdə “777” adlı kafeyə getmək qərarına gəldik. Həmin kafeyə dostum Cavidlə birlikdə getdim. Biz kafeyə daxil olaraq orada girişdə sol tərəfdə oturdum və özümüz üçün spirtli içki olan pivə sifariş etdik. Bundan sonra isə yanımıza Cavidin tanışları olan bir-iki nəfər də gəldi. Həmin zaman orada təxminən bir bakal pivə içmişdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra stoldan durub, sanitar qovşağına gedib və bir qədər sonra geri oturduğu stola qayıdıb: “Stola yaxınlaşan zaman bir nəfər şəxsin oturduğumuz stolun yanında oynadığını gördüm. Mən öz oturduğum stola yaxınlaşan zaman dostlarım ilə birlikdə söhbət etdim və bir qədər də əyləndim. Pivə içən zaman stolun yanında ayaq üstə durmuşam. Ayaq üstə olan zaman birdən-birə bir nəfər şəxsin əlinin kürək nahiyəmə dəydiyini bildim. Mən bundan sonra geri çevrildim, həmin şəxsin tanışım və ya dostuç olmadığını gördüm. Həmin şəxs mənə əl uzadaraq üzr istəmək istəsə də, sərxoş olduğum üçün həmin şəxsin mənə sataşdığını zənn etdim. Bunun üçün də onun üz nahiyəsinə bir dəfə yumruqla zərbə endirdim. Mən yumruqla zərbə endirdikdən sonra zərərçəkmiş şəxs bir qədər uzaqlaşdı. Mən isə əsəbi halda olduğum üçün onun üzərinə tərəf getdim. Daha sonra ətrafda olan şəxslər bizim mübahisə etməyimizə münasibət bildirdi, aramızda olan münaqişənin böyüməməsi üçün bizi araladılar”.
Məmmədin bildirdiyinə görə, daha sonra ətrafda olan şəxslər tərəfindən kafedən çölə çıxarılıb: “Həmin zaman zərərçəkmiş şəxs etdiyi hərəkətdən çox əsəbləşdim. Çöldə bir qədər gözlədim. Bundan sonra zərərçəkmişin çölə çıxdığını gördüm. Çölə çıxan zaman onun burnundan qan gəldiyini gördüm. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gəldi. Polis əməkdaşlarının gəldiyini görsəm də, mənim orada olduğumu görmədilər. Daha sonra dostlarım ilə birlikdə avtomobillə oradan uzaqlaşdım. Növbəti gün isə polis əməkdaşları zəng etdilər və mənim Tovuz Rayon Polis Şöbəsinə gəlməli olduğumu bildirdilər. Mən də polis şöbəsinə getdim. Orada dalaşdığım şəxsin Şəmkir rayonu, Sabirkənd kənd sakini olduğunu bildim. Həmin şəxsin burnunun qırıldığını və məndən şikayətçi olduğunu bildim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Şahinin sözlərinə görə, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb, onunla hər hansı bir ədavəti, düşmənçiliyi olmayıb: “Həmçinin mənim tqsirləndirilən şəxs ilə hər hansı bir qohumluq əlaqəm yoxdur. Sentyabrın 22-də saat təxminən 23 radələrində yaxın dostlarım olan Əmrah və Raufla birlikdə Aşağı Quşçu kəndi ərazisində yerləşən “777” adlı kafeyə pivə içmək üçün gəldik. Həmin kafeyə daxil olduq və içəridə özümüz üçün bir stol taparaq orada oturduq. Mən dostlarım ilə birlikdə təxminən 5-6 bakal pivə içdik. Bundan sonra kefim yaxşı olduğu üçün oturduğum stoldan ayağa qalxdım və oynamaq üçün 20 manat ödəniş edərək “Şəmkirim” mahnısı ifa etdirdim. Daha sonra kafenin içərisində oynamağa başladım. Mən kafedə oynayan zaman kafenin içərisində təxminən 50-60 nəfər adam olub. Oynayan zaman həmin kafedə işləyən qızlar da məndən bir qədər kənarda özləri üçün oynayıblar. Mən ifa etdirdiyim mahnının sədaları altında bir qədər oynadım. Bu zaman oynadığım yerlə yaxın məsafədə olan bir nəfər şəxsin, yəni təqsirləndirilən şəxsin ayaq üstündə stolda yaxın dostları ilə olduğunu gördüm. Mahnının sədaları altında oynayarkən bilmədən ehtiyatsızlıqdan təqsirləndirilən şəxsin kürək nahiyəsinə dəydim. Bundan sonra təqsirləndirilən şəxs mənə tərəf çevrildi. Mən isə əlim ilə Məmmədin kürəyinə dəydiyim üçün ondan üzr istədim. Buna baxmayaraq təqsirləndirilən şəxs birdən-birə sağ əli ilə yumruqla bir dəfə üz nahiyəmdən zərbə endirdi. Zərbənin təsirindən özümü bir qədər pis hiss etdim və huşumu itirdim. Həmin zərbədən sonra Məmməd dayanmadan yenə də üzərimə doğru gəldi, bel nahiyəmdən bir neçə təpiklə və yumruqla vurdu. Bundan sonra orada olan şəxslər Məmmədi tutaraq məni yenidən vurmasının qarşısını aldılar. Məmməd məni vurduqdan sonra burnumdan qan gəldi”.
Bu cinayət işinə Tovuz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məmmədin barəsində 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.