Rəqsanənin əri Fazil Əmiraslanovun vəkili danışdı! “Ona da cinayət maddəsi açılıb“
Icma.az, Tribuna portalına istinadən məlumat yayır.
Rəqsanə İsmayllovanın əri Fazil Əmiraslanovun hüquqlarını müdafiə edən vəkil Ramal Şahmarov Reportyor.info-ya açıqlama verib.
Onun sözlərinə görə, Fazil Əmiraslanov istintaqa dəvət edilib. Dindirildikdən sonra ona da Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilib.
Hal-hazırda Fazil Əmiraslanov Bakı şəhərindədir.
Qeyd edək ki, Rəqsanə İsmayllova polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.

Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ
21 Avqust 2025 11:07
Fazil Əmiraslanovun vəkili: İstintaqa ifadə verib, ittihamı qəbul etməyib, bildirib ki...
22 Avqust 2025 13:44
Rəqsanənin vəkili danışdı: Özünü təqsirli bilmir
16 Avqust 2025 22:36
Rəqsanənin vəkili: Məsələ tamamilə başqadır”
19 Avqust 2025 14:03
Rəqsanənin əri ilə görüntüsü diqqət çəkdi VİDEO
18 Dekabr 2024 04:06

