Icma.az
close
up
RU
Rəqssiz yaşaya bilməyən Roza Cəlilova kim idi? Kanadadan Çinədək uzanan sənət yolu... VİDEO FOTO

Rəqssiz yaşaya bilməyən Roza Cəlilova kim idi? Kanadadan Çinədək uzanan sənət yolu... VİDEO FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan rəqs sənətinin əfsanəsi, xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli böyük rəqqasə Roza (Rozaliya) İsmayıl qızı Cəlilova 97 yaşında vəfat edib. Sənətkar Bakının Səbail rayonunda yaşadığı evdə dünyasını dəyişib. O, həkimə çatdırılmadan əvvəl həyatını itirib. 

Milli.Az Roza Cəlilova haqda maraqlı məlumatları sizə təqdim edir:

Roza Cəlilova 17 may 1929-cu ildə Quba şəhərində anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İstedadı və səhnə mədəniyyəti sayəsində o, Azərbaycan balet və xalq rəqsi sənətində özünəməxsus yer qazanıb.

İlk illərdə M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışan Roza Cəlilova 1949-cu ildən M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçərək milli estrada və xalq rəqslərinin inkişafında mühüm rol oynayıb. 1965-ci ildən 1975-ci ilə qədər ansamblın rəqs qrupunun rəhbəri kimi fəaliyyət göstərərək yüzlərlə rəqs nömrəsinin müəllifi olub.

Onun yaradıcılığı yalnız Azərbaycanla məhdudlaşmayıb. Kanadadan tutmuş Çinədək, Çexoslovakiyadan Efiopiyaya qədər dünyanın müxtəlif ölkələrində çıxış edən sənətkar milli rəqslərimizi beynəlxalq səviyyədə tanıdıb. 1989-cu ildə yaratdığı "Gülüstan" Ansamblı isə onu yenidən böyük şöhrətə qovuşdurub və ardıcıl xarici qastrollara yol açıb.

Roza Cəlilova sənəti ilə yanaşı yüksək peşə mədəniyyəti, tələbkarlığı və özünə hörməti ilə də seçilib. O, səhnəni sənətkar üçün müqəddəs məkan hesab edir, rəqsin toy və məclislər üçün deyil, böyük səhnə üçün yaradıldığını vurğulayırdı. Özünün dediyi kimi, o, rəqssiz yaşaya bilmirdi və 94 yaşında belə güzgü qarşısında hərəkətlərini təkrarlayırdı.

O, həm də Əminə Dilbazinin yaxın sənət dostu idi və aralarında sənət rəqabəti olsa da, hər iki sənətkar öz imzasını qoyaraq Azərbaycan rəqs tarixində əvəzsiz iz buraxdı.

Uzun illər xoreoqraf və pedaqoq kimi çalışan sənətkar Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Gimnaziyada gənc rəqqasələrin yetişməsinə töhfə vermişdi.

Roza Cəlilovanın həyat yolu - zəhmət, istedad, sənət sevgisi və milli rəqs mədəniyyətinə sədaqətin nümunəsidir. O, 2019-cu ildə böyük təntənə ilə qeyd olunan 90 illik yubileyində dediyi sözlərlə yadda qalmışdı:

"Rəqssiz yaşaya bilmərəm. Rəqs mənim nəfəsimdir."

Azərbaycan mədəniyyəti öz böyük rəqqasəsini itirdi, lakin onun sənət irsi, yaratdığı məktəb və yetirdiyi şagirdlər onu gələcək nəsillərə daşıyacaq.

Allah rəhmət eləsin!

Nərmin Mahmudova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Noyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri