Rəşad bu kollecin tələbəsi imiş
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Keçən il Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən və ötən gün vəfat edən Rəşad Məmmədəliyev Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi olub.
Avtosfer.az xəbər verir ki, bu barədə sözügedən Kollecin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, 20 yaşlı Rəşad “Elektrik təchizatı” ixtisası üzrə III kurs tələbəsi imiş.
“Antiterror əməliyyatlarında iştirak etmiş Rəşad Məmmədəliyev kollecdə təhsil aldığı müddətdə öz səmimiyyəti, müsbət insani keyfiyyətləri və nümunəvi davranışı ilə müəllimlərinin və tələbə yoldaşlarının dərin hörmət və rəğbətini qazanıb”, - paylaşımda qeyd olunub.
Baxış sayı:45
Bu xəbər 14 Oktyabr 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















