Icma.az
close
up
RU
Rəşad Eyyubov biabırçı məğlubiyyətlə başladı!

Rəşad Eyyubov biabırçı məğlubiyyətlə başladı!

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Avropa çempionatının seçmə oyunu
B qrupu, 3-cü tur
Çexiya - Azərbaycan 5:0 (1:0)

Çexiya: 1. Yan Kunti, 2. Tomas Yelinek, 22. Yan Paluska, 4. Erik Hunal, 3. Adam Şevinski, 13. Albert Labik, 18. Lukas Ambros (21. Aleksandr Buzek, 76), 8. Andrey Kriçfaluşi (5. Matey Zitnu, 81), 10. Matey Şin (k) (20. David Planka, 67), 9. Matias Voyta (6. Matey Mikulenka, 67), 11. Lukaş Maşek (19. Tom Slonçik, 76).
Ehtiyat oyunçular: 16. Viktor Bayer, 12. Tomaş Kral, 14. Yan Xitru, 17. Marek Havran.
Baş məşqçi: Miçel Bilek.
Azərbaycan: 1. Səlim Həşimov, 3. Rüfət Abbasov, 44. İbrahim Ramazanov, 5. Emin Rüstəmov (k), 15. Raul Məmmədov, 2. Eşqin Əhmədov (21. Sənan Muradlı, 66), 11. Xəyal Əliyev, 10. Şahin Şahniyarov, 8. Emil Süleymanov (16. Hikmət Cəbrayılzadə, 66), 18. Oruc Məmmədov (17. Nihad Əhmədzadə), 9. Ağadadaş Salyanski (19. Sadiq Şəfiyev).
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 6. Fəxri Məmmədli, 7. Murad Məmmədov, 13. Elgün Dünyamalıyev, 14. Nadir Orucov.
Məşqçi: Fərid Namazov.
Qollar: L.Maşek, 40 (1:0). L.Ambros, 55 (2:0). L.Maşek, 59 (3:0). L.Maşek, 75 (4:0). D.Planka, 84 (5:0).
L.Maşek 63-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: E.Əhmədov, 12. S.Həşimov, 22. A.Kriçfaluşi, 72. İ.Ramazanov, 90 - sarı.
Hakimlər: YOVAN KAÇEVSKİ, Daniel Vasilevski, Aleksandar Corcyevski, Krumislav Corcyev (hamısı Şimali Makedoniya).
10 oktyabr. Karvina. Şəhər stadionu. 2812 tamaşaçı.
17 (8) qapıya ("çərçivə"yə) zərbə 4 (2)
6 künc zərbəsi 0
2 ofsayd 2
15 qayda pozuntusu 6
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
58 topa sahibolma (faizlə) 42

U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirdi. Əvvəlki görüşlərdə səfərdə Portuqaliyaya uduzan (0:5), evdə Bolqarıstanla heç-heçə edən (1:1) yığma bu dəfə çexiyalı həmyaşıdlarının qonağı oldu.

Təbii ki, məqsəd azı "sülh"ə nail olmaqla xal ehtiyatını artırmaq idi. Sən demə, meydan sahibləri bizim üçün xoşagəlməz sürprizlər hazırlayıb. Söhbət rəqibin millimizin qapısından 5 cavabsız top keçirməsindən gedir ki, çexlər bunun mesajını hələ ilk dəqiqələrdən verdi. 9-cu dəqiqədə cərimə meydançasına daxil olan Maşek Ağadadaşı keçər-keçməz bəxtini sınadı. Qeyri-dəqiq zərbənin ruhdan salmadığı Çexiya 14-cü dəqiqədə daha bir hücum qurduı. Şinin zərbəsindən sonra Səlimdən yayınan topu Raul qapı xəttindən uzaqlaşdırdı. Təzyiqi davam etdirən meydan sahibləri 25-ci dəqiqədə də fərqlənməyə yaxın oldu. Xoşbəxtlikdən top Kriçfaluşinin başla zərbəsindən sonra qapıdan aralı keçdi. Çexlərin ardı-arası kəsilməyən hücumları 40-cı dəqiqədə fayda verdi: Ambrosun ötürməsini qəbul edən Maşek hesabı açdı. O başqa məsələ ki, Ambros topu Raul, İbrahim, Emil, Emin və Şahinin müdaxilə cəhdlərinə rəğmən, komanda yoldaşına çatdırdı. Millimiz birinci hissədə cəmi bir dəfə, daha doğrusu, 35-ci dəqiqədə qol vurmaq imkanı qazandı ki, Rüfət qeyri-dəqiq zərbə ilə yadda qaldı.
İkinci yarı millimiz üçün qorxulu yuxunu xatırlatdı. Fasilədən daha istəkli qayıdan çexlər 55-ci dəqiqədə Yelinekin məhsuldar ötürməsi, Ambrosun qolu sayəsində fərqi artırdı. Və təəssüf ki, meydan sahiblərinə hesabı darmadağın həddinə çatdırmaq üçün çox vaxt lazım olmadı. Buna 59-cu dəqiqədə Labikin çatdırdığı topu tora qovuşduran Maşek nail oldu. 63-cü dəqiqədə isə nəfəsimizi tutmağa məcbur qaldıq. Çünki Kaçevski Eşqinin Ambrosun qapı önünə çatdırmaq istədiyi topa əllə toxunduğunu gördüyündən "nöqtə"ni göstərdi. Hər halda, topun arxasına keçən Maşek Səlimlə bacarmadı. İş ondadı ki, bu da komandamızı növbəti qollardan xilas etmədi. 75-ci dəqiqədə Maşek Labikin, 84-də isə Planka Mikulenkanın ötürmələrini qolla tamamladı. Görünür, U-21-ə "ümid millisi" deməyə əsasımız yoxdu! Və bu yığma oktyabrın 14-də keçiriləcək növbəti matçda Bakıda Şotlandiyanı sınağa çəkəcək.
Qeyd edək ki, qrupun digər matçında Portuqaliya Bolqarıstanı evdə 3:0 hesabıyla məğlub edib.
1. Portuqaliya 4 3 1 0 10-0 10
2. Çexiya 3 3 0 0 9-1 9
3. Bolqarıstan 4 1 2 1 4-4 5
4. Şotlandiya 3 1 0 2 12-4 3
5. AZƏRBAYCAN 3 0 1 2 1-11 1
6. Cəbəllüttariq 3 0 0 3 1-17 0
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri