Rəşad Nəbiyev: “AZALın təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb”
Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Xəbər agentlikləri, sosial şəbəkələrdə yayılan videolar bizə tam şəkildə deməyə əsas verir ki, bizim təyyarəmiz xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb. Yaradılmış dövlət komissiyasının tapşırığı ondan ibarətdir ki, bunun obyektiv, ətraflı şəkildə öyrənilməsi və ictimaiyyətin davamlı olaraq məlumatlandırılmasıdır. Azərbaycan dövlət üçün təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















