Rəşad Nəbiyev startap nümayəndələri ilə dəstək mexanizmlərini müzakirə edib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın startap nümayəndələri ilə dövlətin dəstək mexanizmlərini müzakirə edib.
XQ xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Startap nümayəndələri ilə görüş keçirdik. Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik" – deyə o qeyd edib.
R. Nəbiyev görüşdə eyni zamanda innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflərin nəzərdən keçirildiyini və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıldığını vurğulayıb.
Baxış sayı:107
Bu xəbər 06 Fevral 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















