Icma.az
close
up
RU
Rəşad Sadıqov Konfrans Liqasının əsas mərhələsini arzulamır?

Rəşad Sadıqov Konfrans Liqasının əsas mərhələsini arzulamır?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Klublarımızın avrokubok macərasının başlanmasına sayılı günlər qaldı.

Bəlli olduğu kimi, mübarizəyə ən tez start verəcək komanda “Sabah”dı. Ardından “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” üçün həyəcan yaşamağa başlayacağıq. Oyunların yeri və vaxtı, həm təmsilçilərimizin, həm də rəqiblərin hazırlıq prosesinin necə getdiyi haqda detallardan xəbərdarsız. Bu üzdən məqsədimiz təkrarçılıq etmək yox, adı çəkilən komandalardan birinin ümid verməyən addımlarından bəhs etməkdi.
Yəqin ki, gündəmi müntəzəm izləyən oxucular hansı klubu nəzərdə tutduğumuzu başa düşdü. Bəli, söhbət “Zirə”dən gedir. “Qarabağ”dan sonrakı ümid çırağı olan, mübarizəni erkən dayandırmayacağına inandığımız “qartallar”dan. Təbii ki, qəsəbə təmsilçisini belə xarakterizə etməyin səbəbi var: Rəşad Sadıqovun komandası ötən mövsüm Konfrans Liqasında pley-off mərhələsinə qədər irəlilədi və ölkəmizə “Qarabağ”dan da çox xal qazandırmaqla gözləntiləri xeyli artırdı. Ancaq həmin ümidlər gündən-günə azalır, ürəyə qorxu düşür. Belədə komandanın Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacağını düşünənlər elə 1-ci təsnifat mərhələsindən – “Hayduk”un önündən məğlub ayrılmaq ehtimalının artdığını dərk edir və klubun sosial şəbəkə hesablarında iradlarını dilə gətirir.
Sirr deyil ki, “Zirə”nin avrokubok xəyalları üçün ilk həyəcan zəngi “Sabah” ölkə kubokunun finalında “Qarabağ”ı məğlub edib Avropa Liqasına vəsiqə qazananda çaldı. Çünki bu, “qartallar”ın məğlub olmaq haqqının əlindən alınması demək idi. İndi diqqət, məsuliyyət və iş yükü birəbeş artmalıydı. Lakin Rəşad Sadıqovun komandanın durumuna görə xeyli arxayın olması bəzi hadisələri qaçılmaz etdi. Təcrübəli mütəxəssis lazım olan futbolçular, xüsusən Salifu Suma ilə yeni müqavilə imzalandığını əsas gətirərək komandanın özəyinin qorunacağına inandığını bildirdi.
İş ondadı ki, nə Sumaya gələn təkliflərin ardı-arası kəsildi, nə də kollektiv onu itirmək qorxusundan “sığortalandı”. Hələ Rafael Utziqlə bağlı məsələni demirik. Müqaviləsinin müddəti gələn ilin yayında bitəcək hücumçu hələ də düşərgəyə qoşulmayıb. Zarafat deyil, söhbət başa çatan mövsümü 2-ci pillədə bitirən komandanın iki aparıcı futbolçusundan gedir.
Deyə bilərsiz ki, “Zirə” ötən mövsümdəki heyətini böyük ölçüdə qoruyub-saxlaya bilib. Bəli, hələ ki belədi - sizlə razıyam. Axı komandada cəmi üç ayrılıq yaşanıb: Rüstəm Əhmədzadə, Pyer Zebli və Məqsəd İsayev yola salınıb. Bəs kimlər gəlib? 2024/25 “futbol ili”ndə “Neftçi”nin heyətində 12-si premyer-liqa, 2-si ölkə kuboku olmaqla 14 matçda cəmi 551 dəqiqə forma geyən, 25 yaşı olsa da, ildən-ilə dəyər itirən, sonuncu matçını yanvarın 31-də “Şamaxı”ya qarşı 20 dəqiqə tər tökməklə keçirən Yeqor Boqomolski, “Sumqayıt”ın sabiq baş məşqçisi Vaqif Cavadovun haqqında “biz 11 oyun qol vurmamışdıq. O, həmin matçlarda əsas heyətdə idi. Əvvəlki oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə yox idi” ifadələrini işlətdiyi Rövlan Muradov, karyerasının ilk peşəkar müqaviləsini “Zirə” ilə bağlayan, 18 yaşlı Abdul Aziz Batibieni və Brahim Konate. Kor-kor, gör-gör. Yalnız “Şamaxı”da Ayxan Abbasovun cilaladığı Konatenin gəlişini avrokuboklara hazırlıq prosesiylə bağlı uğurlu addım saymaq olar.
Məlum olduğu kimi, “Zirə” yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama matçında “Qarabağ”dan 4 cavabsız qol buraxdı. Əlbəttə, təkcə bunun əsasında komandanın durumu haqda mülahizə yürütmək doğru olmaz. “Qartallar” hələ Türkiyədə daha 4 yoxlama matçı keçirəcək. Yalnız o vaxt futbolçuların hazırlıq səviyyəsi haqda dəqiq danışa bilərik. Lakin belədə reallıq dəyişmir: “Zirə” Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirsə, daha bir neçə transferlə güclənməli, bu heyətin fiziki və psixoloji durumu yaxşılaşdırılmalıdı. Onsuz da Rəşad Sadıqov ötən il avrokuboklarla əli ətəyindən uzun vidalaşıb. Yəqin ki, hələ heç kim Nikosiyada yaşanan biabırçı məğlubiyyəti də unutmayıb, “Omoniya”dan 6 cavabsız qol buraxan komandanın toparlanmaq üçün aylarla vaxt sərf etdiyini də. Sadəcə, “qartallar” o vaxt tarixində ilk dəfə pley-offa qədər irəliləməklə “günahını yudu”.
Maraqlıdı, klub bu dəfə uğursuz olacağı təqdirdə nəyin kölgəsinə sığınacaq?
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri