Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Rəşad Sadıqov: Daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün

Rəşad Sadıqov: Daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlk növbədə hamını böyük Zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizi qorusun. 

Bu gün çalışırdıq ki, xal və ya xallar qazanaq. Niyyətimiz o idi. Amma ilk dəqiqədən özümüzü çətin vəziyyətə saldıq və hesabda geri düşdük. "Qarabağ" kimi komanda ilə 1-ci və ya 2-ci dəqiqədə qol buraxırsansa, oyunu sonradan dəyişmək çətindir. Deyə bilmərəm ki, futbolçularım çalışmadı. Onlar istəkli idi. Buraxdığımız qollardan üçüncü standart vəziyyətdən oldu. Bu il standart vəziyyətlərdə problemlər yaşayırıq. Onunla bağlı da toplantılar, teoriyalar keçiririk, danışırıq. Amma hələ ki, bu məsələni çözə bilmirik. Avrokuboklardan başlayaraq, "Omoniya" ilə görüşdə altı qoldan beşini standart vəziyyətdən buraxdıq. "Osiyek"lə görüşdə də, "Şerif"lə matçda da həmçinin. Çempionatda 13 qoldan 9-nu standart vəziyyətdən buraxmışıq. Standart vəziyyətlərdə çox ciddi problemlər yaşayırıq. Bunlar bizi oyunlarda istədiyimiz nəticəni almaqda problem yaradır. Fasilə yaranıb, daha çox bunun üzərində çalışacağıq. Qarşıdakı matçlarda bu cür bəsit səhvlərə yol verməməyə çalışacağıq.

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 13-cü turunun "Qarabağ"la(4:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb:

- Qismət Alıyev və Rüstəm Əhməzadənin zədəsi ciddidir?

- Qismətin zədələnməsi, Məqsədin sarı vərəqə aldıqdan sonra bir neçə epizodda cərimə etməsi..."Qarabağ" kimi komanda ilə oyunda birinci hissədə iki cinah müdafiəçisini çıxardıq. Zirədə 1:3 uduzanda yenə birinci hissədə iki müdafiəçini dəyişmişdik. Halbuki ikinci hissədə hücumla bağlı planlarımız var idi. Zədələrə görə dəyişikliklər hamısını alt-üst etdi. Ona görə də məcburiyyətdən müdafiədə dəyişikliklər edirdik. Zədələrin ciddi olub-olmadığını qarşıdakı günlərdə biləcəyik. Hətta İldar Alekperov da dəyişiklik istəyirdi. Sadəcə dəyişiklik haqqımız yox idi deyə, ağrıya-ağrıya axıra qədər oynadı.

- Fasilə sizin üçün yerinə düşür?

- Bəzən faydası olur, bəzən olmur. Bəlkə də 4 gündən sonra oyun oynasaydıq, daha yaxşı idi. Son iki oyunu ağır keçirdik. Bizim üçün iki ağır məğlubiyyət oldu. Qarşıdakı hələ 23 tur var. Qış fasiləsinə qədər bizi ən azından 5 çempionat, 1 kubok oyunu gözləyir. Yaxşı hazırlaşıb, yaxşı köklənib bu oyunlardan yaxşı nəticələrlə ayrılmalıyıq.

- Ötən mövsüm daha çətin idi mübarizə aparmaq, yoxsa bu mövsüm?

- Üç hissəyə bölsək, hələ ki, çempionatın ilk hissəsini bitirdik. 13 tur geridə qalıb. Çempionatın çox hissəi irəlidədir. İndidən nəsə demək çətindir. Oyunlar onu göstərir ki, rəqiblərin hamısı inkişaf edib. Rəqabətli komandaların sayı artıb. Ona görə də hər oyunda çətinlik çəkirik. Keçən il də belə idi. Qarşıda çox oyun var. Sona yaxınlaşdıqca, əlavə stress, gərginlik, fiziki və mental hazırlıq kimi amillər da önəmli rol oynayacaq. O periodda oynamaq bir az da çətinləşir. Qarşıda bizi uzun marafon gözləyir. Hazırda 4-cü sıradayıq. Pis deyil. Önümüzdəki rəqiblərdən xal olaraq çox geri qalmışıq. Xal fərqini qarşıdakı turlarda aradan qaldırmağa çalışacağıq. Əks halda, çempionatın sonunda rəqiblərimizə daha komfortlu oynamağa şərait yaradarıq. Basqı altında olmadan, çıxıb rahat qələbələr qazana bilərlər. Ona görə də başımızı dik tutub, qarşıdakı oyunlar mütləq yaxşı hazırlaşmalıyıq.

- Mövsüm yeni başlayanda "Zirə" yaxşı oyun sərgiləyirdi. "Omoniya" ilə oyundan sonra komandada sanki eniş yaşanır. Kiprdəki böyükhesablı məğlubiyyətin təsiri var?

- "Omoniya"ya 0:6 hesablı məğlubiyyəti təsiri bu dəqiqə komandada yoxdur. Qəti şəkildə belədir. Çünki cavab görüşündə onları məğlub etdik, çempionatda ardıcıl üç oyunluq qələbə seriyamız oldu. Sadəcə oyunlar elə gedirdi ki, sanki rəqiblərimizdə hər şey daha uğurlu alınır, bizdə isə əksinə. Qol epizodları reallaşmır, qapımızdakı ilk qol epizodu rəqiblər üçün uğurlu alınır. Bu halı keçən il çempionatın ortasında da yaşamışdıq. 10 tur qələbə qazanmadığımız period var idi. Amma möhkəm qaldıq, işimizlə məşğul olduq və işimizə davam etdik. Sonda da biz daha uğurlu olduq, rəqiblərimiz xallar itirdi. Bu mövsüm elə olacaq-olmayacaq, əvvəlcədən proqnoz vermək düzgün deyil. Çətindir. Oyunun son dəqiqələrində çox hadisələr baş verdi. İstər bizim, istərsə də rəqiblərin oyununda. Səbirli olmalıyıq. Əgər rəqabət apardığımız komandalarda hər şey uğurlu alınırsa, bizdə nəsə uğurlu alınmırsa, yolumuz davam etməliyik. Bugünkü oyunu saymıram."Qarabağ" kimi komandanı oyun planında üstələmək qeyri-mümkündür. Digər görüşlərdə, məğlub olsaq belə, oyun planında uduzmamışıq. "Turan Tovuz"a uduzduğumuz görüşdə 88-ci dəqiqədə kornerdən qol buraxdıq. "Araz-Naxçıvan"la görüşdə kornerdən buraxdıq. "Qarabağ"a 1:3 uduzanda onlar ilk qolu künc zərbəsindən sonra vurdu. Bu gün də ilk qol kornerdən oldu. "Şamaxı"ya uduzanda çoxsaylı qol imkanları yaratmışdıq. Hələ ki, belə gedir. Belə məqamlarda təcrübəm deyir ki, səbirli olub, yoluna davam etməlisən. Sadəcə bir az daha çox işləmək lazımdır ki, uğur biz tərəfə dönsün.

- Nəticə bəllidir, bəs oyun planında razı qaldız?

- Müdafiə planında futbolçular onu icra edirdilər, istəkli idilər, kompakt idilər. Rəqibi birinci və ya ikinci zonada qarşılamağa çalışırdıq. Bizdə alınırdı. Amma standart vəziyyətlərdə passiv idik. Dördüncü qolda komanda qopmuşdu.Ona qədər "Qarabağ"a asan qol epizodu vermirdik. Təhlükəli hücumlar var idi, onlar bizdən daha yaxşı oynayırdılar. Müdafiə planı işləyirdi. Amma onunla paralel standart vəziyyətlərdə rəqibə qol imkanı yaratmayasan.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sportal.az
archiveBu xəbər 10 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri