Icma.az
close
up
RU
Rəşad Sadıqov qələbədən sonra nələr dedi?

Rəşad Sadıqov qələbədən sonra nələr dedi?

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb. 

QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Oyun ilk dəqiqələrdən gözlənilən kimi çox gərgin və sərt başladı. Bilirdik ki, "Kəpəz" aqressiv pressinq tətbiq edəcək, üzərimizdə təzyiq yaratmağa çalışacaq. Birinci hissə bizim üçün ağır keçdi. Çoxsaylı mübarizələr, ikinci toplar oldu. Buna baxmayaraq, iki baxımlı qol vurduq və hesabda irəli çıxdıq. Rəqibin ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını gözləyirdik. Ona görə ikinci hissənin əvvəlində fərqlənmək bizim üçün vacib idi. Şükürlər olsun ki, bu, bizdə alındı. Hesabın 3:0, 4:0 olmasına baxmayaraq, rəqib dayanmırdı. Azər müəllim çox xarakterli komanda formalaşdırıb. Son turlarda göstərdikləri oyun bizdə narahatlıq yaradırdı. Bilirdik ki, strateji cəhətdən vacib oyundur. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq". 

Mütəxəssis qapıçı Tiaqo Silvanın uzun müddət oyuna çıxmamasından danışıb: "Silva çox yaxşı formadadır. Həmişə futbolçularımla dürüstəm. Bizim bir nömrəli qapıçımız Tiaqo Silvadır. Aralarında rəqabət var. Hazırda imkan olsa, qapıda Silva olar. Amma Aydın da özünü yaxşı tərəfdən göstərir. Ona göstərilən etimadı yaxşı yerinə yetirir. Təkcə Tiaqo deyil, bəzi futbolçuları da oynatmaq istəyirik, amma limitə görə oynada bilmirik. Həmişə dediyim kimi, əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən nəzərə almışdım ki, yerlərlə bağlı problemlər ola bilər. Onları komandaya güvənərək gətirmişəm.

Baxmayaraq ki, Elçin Əlicanov da uzun müddətdir oynamırdı, amma 2-3 oyundur matça çıxır və inamlı çıxış edir. Hacıağa Hacılı da doğma mövqeyində oynamasa da, özünü yaxşı göstərir. Aydın Bayramov da həmçinin. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, heyətimizdə 11 dəyişilməz oyunçu olmasın. Fərqli metoddur, bəzi məşqçilər başqa cür edir. Amma mən həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşıdırsa, o da oynasın, kimin durumunda problem varsa, gözləsin. Komandamızda sağlam rəqabət var".

R.Sadıqov qarşıdakı oyunlar haqda da söz açıb: "Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Etibarli və kompakt müdafiə olunan komandadır. Sonra isə "Səbail"lə qarşılaşacağıq. Ona görə qış fasiləsinə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Eyni oynayırlar, sadəcə digər oyunlarda fürsətlərdən istifadə edə bilmirdik. Elə oyunlarımız olub ki, bundan da çox qol şanslarımız olub, amma dəyərləndirə bilməmişik. Bu gün yeganə fərqimiz bu idi. Ümid edirəm, gələcək turlarda da fürsətlərdən istifadə faizimiz bu cür olar". 

O, zədələri futbolçularından da söz açıb: "Qismət Əliyev qışdan sonra oyunlara qayıda biləcək. Rüstəm Əhmədzadə də həmçinin. Məqsəd İsayev növbəti həftədən komanda ilə məşqlərə başlayacaq. Bu gün heyətdə var idi, amma risk edib meydanda buraxmadıq. Sadəcə komandanın yanında olmasını istədik. Zədələr futbolun bir hissəsidir. Biz də bundan zərər çəkirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Dekabr 2024 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see657

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see358

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see224

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see215

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see192

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see185

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see182

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see179

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see175

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see171

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see164

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see163

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see163

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see160

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see159

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see158

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see158

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see157

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see157

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri