Rəşad Sadıqov: Yurçeviç futbolçuların məvacibindən danışırsa, burada qazandığı məbləği açıqlasın
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Uzun müddət Azərbaycanda çalışmış biri fikir səsləndirərkən daha diqqətli olmalı idi".
Oxu.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Hayduk"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
"Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, "Zirə"də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yer tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğurları tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, yaxşı məvaciblər alırlar "Zirə"də. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın ki, Azərbaycandakı qazancı nə qədər olub. Mənim futbolçularım layiq olduqlarından daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı, ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda çıxış edib, burada bəlkə karyeran boyu verilməyən dəyər verilib. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".
Anar Həsənov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 22 İyul 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















