Erjan Aşikbayev: Qazaxıstan Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulmasında öz rolunu oynayıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Biz sürətli dəyişikliklər dövründə yaşayırıq. Aktual məsələlərdən biri etimadın qurulmasıdır. Ədalətli dünya nizamının qurulması məsuliyyəti bütün beynəlxalq aktorların, xüsusilə orta güc dövlətlərinin üzərinə düşür.
Oxu.Az-ın məlumatına görə, bu barədə Astanada keçirilən "Think Tank Forum 2025"də Qazaxıstan xarici işlər nazirinin birinci müavini Erjan Aşikbayev bildirib.
Onun sözlərinə görə, Şarm əş-Şeyxdə keçirilən Sülh Sammiti təkcə ABŞ tərəfindən deyil, həm də orta güc dövlətlərinin fəal iştirakı ilə təşkil olunub.
Bu kontekstdə Aşikbayev qeyd edib ki, Qazaxıstan Azərbaycan və Ermənistan arasında əlaqələrin qurulmasında və münaqişənin həllində öz rolunu oynayıb:
"Hərçənd, əlbəttə ki, tərəflər arasında sülhə doğru ilk addım 8 avqust 2025-ci ildə məhz Vaşinqtonda atılıb".
Xatırladaq ki, 2024-cü il mayın 10-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatı şəhərindəki Dostluq Evində ikitərəfli danışıqlar keçiriblər.


