Icma.az
close
up
RU
Rəşid Behbudov Əməkdar artistə “Nəsimi” filmində rol almağa İMKAN VERMƏYİB

Rəşid Behbudov Əməkdar artistə “Nəsimi” filmində rol almağa İMKAN VERMƏYİB

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Əməkdar artist Rühəngiz Musəvi “Nəsimi” filmində Şəms obrazına seçilsə də, mərhum Azərbaycan və SSRİ-nin Xalq artisti Rəşid Behbudov ona bu obrazı canladırmağa icazə verməyib. 

Pravda.az xəbər verir ki, bu barədə R.Musəvi “ATV”də yayımlanan “Elcanlı” verilişində deyib. 

“1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrında işləyirdim. Tofiq Quliyevin yaradıcılıq gecəsinə mən də müğənni kimi dəvət almışdım. Allah rəhmət eləsin, diktor Rafiq Hüseynov yaxınlaşdı söylədi ki, İsa Hüseynovla Həsən Seyidbəyli deyirlər, biz Şəmsimizi tapmışıq. Mən də gənc qız idim, İsa Hüseynovun kim olduğunu bilmirdim. Həsən Seyidbəylini isə tanıyırdım. Soruşdum ki, Şəms kimdir? Rafiq Hüseynov bildirdi ki, “Nəsimi” filmi çəkilir. Sonra məni dəvət etdilər, getdim. Şəms rolunda kim çəkilibsə, Allah həmin xanıma da rəhmət eləsin. Onu da mənə göstərdilər. Həsən Seyidbəyli dedi ki, qızım, səndə əsl Şəms surəti var. Məşq etdik - Rasim Balayev, Şeyx Əbdül, bütün sənətkarlarımız orada idi. Sonda Rəşid Behbudovdan icazə almaq qalmışdı. O isə dedi ki, bura sizin üçün kinostudiyadır? Ya kinoya çəkil, ya da oxu. Onun buna ixtiyarı var idi, o cür dünya şöhrətli, dahi sənətkardır. Mən onu qınamıram, çünki teatrda tək solist mən idim. Amma sonradan Rəşid Beyhbudovun özünü filmə çəkilməyə dəvət etdiklərində bizi müvəqqəti teatrdan azad etdilər. Onda isə məni başqa filmə çəkdilər - “Baladadaşın ilk məhəbbəti”ndə Novella roluna. Bu da bir qismət. Düzdür, “Nəsimi” tarixi film idi. Amma “Baladadaşın ilk məhəbbəti” də indiyə qədər sevilir”, - Əməkdar artist bildirib. 

Aytəkin Qardaşova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see288

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see159

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see109

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri