Icma.az
close
up
RU
“Rəşid”in ölüm xəbərini oğlu mənə yazdı KONKRET

“Rəşid”in ölüm xəbərini oğlu mənə yazdı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ssenariləri, bacarıqlı müəllifləri üzə çıxarmaq üçün ən yaxşı üsul müsabiqədir. Bildiyimə görə müsabiqələr də keçirilir, yaxşılar üzə çıxır. Mən eşitdiyimə görə maraqlı ssenarilər də var. Artıq bəzi sahələrdə süni intellektin köməyindən istifadə edilir. Süni intellekt özünü nə qədər məcbur etsə də, axı Azərbaycan filmi üçün ssenari yaza bilməz. Azərbaycanlı düşüncəsini ssenaridə əks etdirə bilməz axı. Süni intellekt göylərdən, kosmosdan material axtarır. O ssenarilərdə azərbaycanlı ruhu olmayacaq. Mən bunun reallaşmasına inanmıram”.

KONKRET.az xəbər verir ki, bunu medianews.az-a açıqlamasında Əməkdar Mədəniyyət işçisi, ssenarist Yusif Şeyxov deyib.

O daha sonra bugünki fəaliyyətindən danışıb.

“Hazırda təqaüddəyəm. Nəsil dəyişməlidir. Məmur deyiləm, o fəaliyyətimə son qoymuşam. Bu işlə daha cavan adamlar məşğuldur. Müasir tələbləri bilən, hiss edən, duyan, yeni texnologiyaları bilən gənclərimiz çoxdur. Bədii proses hər zaman gedir. Bu həmişə belə olub. Bundan gileylənməyi, narazılıq etməyi yersiz sayıram” deyə o bildirib.

“Sehrli xalat” filmində Eldar roluna çəkilən Yusif Şeyxov filmin mövzusunun o dövr üçün aktual olduğunu bildirib:

“Mənə elə gəlir ki, “Sehrli xalat” filmi bu gün çəkilə bilməz. O vaxt bu film Yuri Qaqarinin kosmosa uçmasından 3 il sonra çəkilmişdi. Həmin illərdə bu tip mövzulara maraq çox böyük idi. Uşaqların da ən böyük arzusu kosmonavt olmaq idi. Yadımdadır ki, bir neçə ölkə bu filmi pulla almışdı. Hətta filmin üzə çıxmasından 1 il sonra dünyada 10 milyondan çox tamaşaçı izləmişdi. O vaxt üçün bu çox yaxşı göstərici idi. Bu gün də yeni baxışlar, yanaşmalar var. Bəlkə də kimsə bu haqda düşünür, nə vaxtsa “Sehrli xalat” filmini çəkə bilər? Bunu zaman göstərəcək”.

Yusif Şeyxov daha sonra “Sehrli xalat” filmindəki qəhrəmanlarla ara-sıra görüşdüyünü də bildirib:

“Bir neçə nəfərlə görüşürəm. Efirə bizi birlikdə dəvət edirlər. Hamımız dəstə ilə gedirik. Çəkilişlərdən-çəkilişə görüşürük, xatirələrimizi bölüşürük. Əfsuslar olsun ki, Rəşid rolunun ifaçısı Azər Amerikada dünyasını dəyişdi. Bir oğlu var. Amma əlaqələrimiz yoxdur. Azərin rəhmətə getmə xəbərini facebookda oğlu mənə yazdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see236

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see167

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see160

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see159

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri