Rəsmi Bakı Ermənistanın bu addımı atmasını gözləyir
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olub, lakin onların dayanıqlığını təmin etmək vacibdir.
O qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll olunub və Azərbaycan strateji səbr və liderlik nümayiş etdirib.
"Biz həmişə demişik ki, müharibəni qazanmışıq, lakin daha bir addım atmaq – sülhü qazanmaq vacib idi. Bu, həqiqətən də strateji təfəkkür, səbr və prezidentin liderliyini tələb edən son dərəcə çətin bir vəzifə idi", - Prezidentin köməkçisi vurğulayıb.
H.Hacıyevin sözlərinə görə, hazırda regionda de-fakto sülh mövcuddur.
"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz sülh şəraitində yaşayırıq və hətta sülh şəraitində yaşamağı öyrənirik. Müstəqilliyimizin ilk günlərindən torpağımızda kifayət qədər sülh olmayıb. Amma indi biz səylə işləyirik və bu gün regionda de-fakto sülh mövcuddur. Lakin sülh yalnız kağız üzərində qalmamalıdır", - o qeyd edib.
H.Hacıyev əlavə edib ki, sülh sazişinin yekun olaraq bağlanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi gözlənilir.
"Biz yalnız bir son addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Oktyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















