Icma.az
close
up
RU
Rəsmi Bakı həmin məktubdan ötən aydan məlumatlı olub

Rəsmi Bakı həmin məktubdan ötən aydan məlumatlı olub

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

“Airbus” şirkəti “A320” təyyarələrinin proqram təminatında aşkar edilən boşluq ilə bağlı dünya üzrə tətbiq edilən genişmiqyaslı xəbərdarlıqdan sonra vəziyyətin sürətlə normallaşdığını bildirib. Bu problemə görə uçuşu həyata keçirilməyən təxminən 6000 mümkün “A320”dən cəmi 100-dən azı hələ də xidmətə qaytarılma mərhələsindədir.

Avtosfer.az xəbər verir ki, AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilmədiyi, daha sonra eniş zamanı yerə çırpıldığı, bu əsasda cinayət işinə xitam verildiyi bildirilən məktub ölkə ictimaiyyəti arasında ciddi rezonans doğurub. 

Maraqlıdır ki, məktubun məzmunu Rusiya Prezidenti Vladimir Putinin ötən ilin oktyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi rəsmi mövqeyi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Rusiya lideri bu zaman AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Putin həmçinin qeyd etmişdi ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.

Sosial şəbəkələrdə bir çoxları həmin məktubun həqiqi olmasına dair şübhələr səsləndirib, onun feyk ola biləcəyini irəli sürüblər. Lakin bu məqamda xatırladaq ki, Rəsmi Bakı sözügedən məktubdan hələ ötən aydan xəbərdardır. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilməsindən danışmışdı.

Nazir bu zaman məktubun detallarını açıqlamasa da, orada Azərbaycanın ciddi təəccübünü doğuran məqamların olduğunu vurğulamış, bunlardan birinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumatın olduğunu demişdi. 

Həmçinin məlum olub ki, ölkəmiz həmin məktuba cavab olaraq detallı mövqe nümayiş etdirib və bunu qarşı tərəfə çatdırıb. Burada Azərbaycanın əsas gözləntisinin məsələnin araşdırılmasının başa çatdırılması, eləcə də kompensasiyaların ödənilməsi olduğu vurğulanıb.

Məktubda diqqət çəkən məqamlardan biri də onun üzərində qeyd olunan tarixdir. Belə ki, 2025-ci il 17 dekabr tarixində imzalanan məktubun aradan vaxt keçdikdən sonra indi yayılması suallar doğurur.

Onu da xatırladaq ki, dekabrın 21-də Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirsə də, bir gün sonra Azərbaycan Prezident Administrasiyası İlham Əliyevin Rusiyaya gözlənilən səfərinin baş tutmayacağını açıqlayıb. Buna səbəb kimi isə dövlət başçısının iş qrafikinin sıxlığı göstərilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 07 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri