İran parlamenti NSYM dən çıxmaqla bağlı 9 qanun layihəsini nəzərdən keçirəcək
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran parlamenti Nüvə Silahlarının yayılmaması haqqında Müqavilədən (NSYM) çıxmaqla bağlı 9 qanun layihəsini müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Möctəba Zolnuri “Mehr” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, parlament bu məsələni diqqətlə araşdırdıqdan sonra İranın bu müqavilədə iştirakını davam etdirib-etdirməməsi barədə qərar verməlidir.
Zolnuri qeyd edib ki, İranın müqavilədə üzvlüyünə yenidən baxılması zərurəti heç vaxt indiki qədər aktual olmayıb. Onun iddiasına görə, nüvə obyektlərində aparılan yoxlamalar zamanı əldə edilən məlumatlardan sui-istifadə olunur, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərindən isə potensial hücumlar üçün hədəflərin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.
Deputat vurğulayıb ki, İranın sənəd üzrə öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, müqavilə ilə nəzərdə tutulan hüquqlarından istifadə edə bilməməsi qəbuledilməzdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















