Icma.az
close
up
RU
Rəsmi Bakı Türkiyə İsrail gərginliyinin artmasından narahatdır: Suriyada qarşıdurma yaranarsa...

Rəsmi Bakı Türkiyə İsrail gərginliyinin artmasından narahatdır: Suriyada qarşıdurma yaranarsa...

Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Strateji müttəfiqimiz Türkiyə ilə strateji tərəfdaşımız İsrail arasında artan gərginlik Azərbaycana diskomfort yaradır. İsrail hökuməti Azərbaycanla əlaqələrdən məmnundur. Öz növbəsində Azərbaycan da İsraillə müxtəlif sahələrdə əməkdaşlığı davam etdirir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İsrail Mərkəzi Asiyanın türk dövlətləri, əsasən də Qazaxıstanla əməkdaşlığın genişlənməsində maraqlıdır: "İsrailin qonşuluğunda tərəfdaşı yoxdur. Ona görə də, Azərbaycan və Qazaxıstanla tərəfdaşlıq İsrail üçün əhəmiyyətlidir. Bununla nümayiş etdirə bilir ki, İslam aləmində dostları da var. Ancaq İsrailin regional siyasəti bu dövlətin dostları üçün bəlli problemlər yaradır. Azərbaycan BMT qətnamələrindən çıxış edərək digər ölkələr kimi İsraillə yanaşı bölgədə Fələstin dövlətinin varlığını dəstəkləyir. İsrailin nə zaman Fələstin dövlətini varlığına razılaşacağı isə bəlli deyil, ən azı indiki İsrail hökuməti qətiyyətli şəkildə bunun əleyhinədir".

Politoloq qeyd edib  ki, Türkiyə və İsrailin maraqları Suriyada da toqquşur: "Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu druz millətindən olanları dəstəkləmək adıyla Suriyanın cənubuna doğru xeyli irəriləyib və oranı tərk etmək fikrində deyil. Türkiyə həm bundan, həm də İsrailin bölgədəki silahlı kürd qruplaşmalara dəstəyindən narahatdır. Təsadüfi deyil ki, Suriya ərazisində Türkiyə-İsrail qarşıdurması barədə ehtimallar irəli sürülür. Bu Azərbaycan üçün çətin vəziyyət yaradır. İsrailin siyasi dairələri bunu nəzərə almaq məcburiyyətindədirlər. İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır".

Tehran,

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sitat.info
archiveBu xəbər 06 Mart 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see152

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see140

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see137

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see137

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see136

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see134

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see134

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see134

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see133

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see132

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see130

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see128

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see127

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see127

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see126

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see123

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see123

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see122

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see121

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri