Icma.az
close
up
RU
Rəsmi Bakıdan anti Azərbaycan qüvvələrinə qarşı mübarizədə böyük uğur

Rəsmi Bakıdan anti Azərbaycan qüvvələrinə qarşı mübarizədə böyük uğur

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Hikmət Hacıyevin təxribatçı qüvvələrlə bağlı açıqlaması hansı mətləblərdən xəbər verir?

19 may 2026-cı il tarixində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında beynəlxalq tədbirlər zamanı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarından bəhs edib, yaxın keçmişlə bağlı konkret faktlara diqqət çəkib. Hikmət Hacıyev COP29 zamanı da bu cür halların müşahidə edildiyini bildirib:

“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil. Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir. Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik”.

Hikmət Hacıyevin açıqlamasından məlum olduğu kimi, ölkəmiz uzun müddətdir ki, təxrbatçı qüvvələrin yalan və böhtanlarının hədəfinə çevrilib. Heç bir əsası olmayan, hər hansı fakta söykənməyən ittihamlarla Azərbaycanı gözdən salmağa çalışan bu qüvvələr, bununla məkirli niyyətlərinə nail olmağa, öz ağalarına yarınmağa çalışırlar. Lakin Azərbaycan dövlətinin apardığı fasiləsiz mübarizə, xalqın bu mübarizədə dövlətlə birlikdə sərgilədiyi həmrəylik təxribatçı qüvvələrin bütün səylərini heçə endirməkdə, onların bütün müstəvilərdə ifşası ilə nəticələnməkdədir.

Hikmət Hacıyevin 19 may tarixində verdiyi açıqlamada diqqət çəkən əsas məqamlardan biri də qarayaxma kampaniyası aparan qüvvələrə ayrılan vəsaitlərin azalması ilə bağlıdır.

Maraqlıdır, illərdir anti-Azərbaycan güclərinin əlində alət olan bu qüvvələrə ayrılan vəsaitin azalması nə ilə bağlıdır? Niyə vaxtiylə xarici qrantlar hesabına gen-bol bəslənən və qrant layihələri adı altında ölkəmizə qarşı şər kampaniyası aparan bu qüvvələrə daha az vəsait ayrılır?

Anti-Azərbaycan dairələr tərəfindən manipulyativ qüvvələrə ayrılan vəsaitin azalmasına səbəb dövlətimizin bu qüvvələrə qarşı apardığı mübarizənin effektivliyidir. Çünki bu qüvvələr və onların böhtan kampaniyaları mütəmadi şəkildə rəsmi Bakı tərəfindən təkzibedilməz faktlarla sübut edilib, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Külli miqdarda vəsait qarşılığında Azərbaycana qarşı heç bir uğurun əldə edilməməsi, media və sosial media müstəvisində ölkəmizə qarşı aparılan kampaniyaların davamlı uğursuzluğu manipulyativ qüvvələrin gərəksizliyini, heç bir real təsir imkanına malik olmadığını sübut edir. Məhz bu səbəbdən də kənar təsir mərkəzlərinin təxribatçı qüvvələrə ayrılan vəsait də onlarla  bağlı gözləntilər kimi azalmaqdadır. Bu isə Azərbaycan dövləti, Azərbaycan xalqı adına böyük uğur, tarixi nailiyyətdir. Bu uğur bir daha sübut edir ki, xalqla dövlətin həmrəyliyi qarşısında bütün düşmənlər məğlub olmağa məhkumdur!.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 May 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri