Icma.az
close
up
RU
RƏSMİ BAKIDAN KREMLƏ QARŞI “MAT” GEDİŞİ!... Prosesə Türkiyənin qoşulması nədən xəbər verir? AzPolitika onlayn siyasiictimai qəzet

RƏSMİ BAKIDAN KREMLƏ QARŞI “MAT” GEDİŞİ!... Prosesə Türkiyənin qoşulması nədən xəbər verir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Artıq xəbər verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında Türkiyədə 8 nəfərdən ibarət istintaq komissiyası yaradılıb. Komissiyanın işi qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlillərini aparmaqdır.

Bu barədə Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu özünün "X" səhifəsindəki paylaşımında bildirib.

Bildirilir ki, nümayəndə heyəti yaxın saatlarda Bakıya yola düşəcək və sabahdan (bu gündən-red.) etibarən öz sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın müvafiq qurumları ilə koordinasiyada işləyəcək.

"Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allah rəhmət eləsin, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik", - nazir qeyd edib.

Nədənsə, bu xəbər hələ ki, Azərbaycan media məkanının diqqətindən yayınıb və onun ətrafında layiq olduğu təhlillər aparılmayıb. Əslində isə belə bir komissiyanın yaradılması olduqca böyük əhəmiyyət daşıyır. Təkcə texniki deyil, həm də siyasi əhəmiyyət!

Rusiyada qəza baş verəndən bəri Kremlə yaxın medianın, “ekspertlər”in, təbliğatçıların hər vəchlə hadisənin miqyasını və əhəmiyyətini kiçiltmək, onun gerçək səbəblərini təhrif etmək, iz azdırmaq, Rusiyanı bu cinayətə görə məsuliyyətdən yayındırmaq cəhdlərini açıq-aydın görürük. Onu da görürük ki, təyyarəmizin Rusiya HHM-i tərəfindən vurulduğunu sübut edən aşkar faktları bütün dünyanın gördüyü, şahidi olduğu halda, Rusiya rəhbərliyi özünü görməzliyə vurur, “istintaqın nəticələrini gözləməyə” üstünlük verir.


Putinin sözçüsü Dmitri Peskov Rusiyanın təyyarəmizi vurduğunu etiraf etmək və üzr istəmək fikrində olmadığına işarə vuraraq deyib: “Hazırda bu aviasiya hadisəsi(!) ilə bağlı araşdırma aparılır və istintaqdan nəticə çıxarılana qədər bizim hər hansı qiymətləndirmə aparmağa haqqımız yoxdur və bunu da etməyəcəyik. Bunu edə bilən aviasiya orqanlarımız var və bu məlumat ancaq onlardan gələ bilər”.

Bu cinayəti “aviasiya hadisəsi” adlandırması Kremlin hansı miskin keyfiyyətlərə malik olmasının daha bir göstəricisidir…

Ancaq Moskvanın siyasi özündən razılığı bununla da yekunlaşmır. Bir çox media resursları hakimiyyət dairələrindəki mənbələrə istinadla Kremlin Qazaxıstana və Azərbaycana diplomatik kanallarla hadisəni ört-basdır etmək üçün “təkliflər” və təzyiqlər etdiyinə dair məlumatlar yayıblar. Rusiyanı, Kremli yaxşı tanıyanlar əlbəttə ki, Putin hakimiyyətindən belə bir addımı gözləyirlər və bunda qeyri-adi heç nə görmürlər. Rusiya Ukraynada, Gürcüstanda, Moldovada, həmçinin vaxtilə Qarabağdakı davranışları ilə hansı irticaçı mahiyyətə malik olduğunu dəfələrlə göstərib. Bu baxımdan onun istər təyyarənin düşdüyü və istintaqı aparan Qazaxıstana, istərsə də Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməsi ehtimalı nə qədər çirkin görünürsə, bir o qədər də real görünür…

Bütün bunları nəzərə alaraq, Azərbaycanın Türkiyəyə müraciət edərək, yuxarıda qeyd edilən komisiyanın yaradılmasını istəməsi rəsmi Bakının Kremlə qarşı “mat” gedişi hesab oluna bilər.

Bu, həm də Azərbaycandakı “rusbaşlar”ın da ağzına qapaqdır. O baxımdan ki, sözdə adını müttəfiq qoyub, əməldə Azərbaycana qarşı bütün təhlükələrin başında gələn Rusiyadan fərqli olaraq, güvəndiyimiz, etibar etdiyimiz və yardımını istədiyimiz yeganə gerçək müttəfiqimiz qardaş Türkiyədir! O Türkiyə ki, ona Kremlin də təsir və təzyiq imkanları olduqca məhduddur.

Əksinə, xüsusilə də son Suriya olayları kimin kim olduğunu, kimin əlinin daha güclü olduğunu bir daha göstərdi. Odur ki, Türkiyənin yaratdığı istintaq komissiyasının rəyi Kremlin “əli çatan” sənəd olmayacaq. Bu, həm də Qazaxıstanın yaratdığı komissiyaya Kremlin təzyiqləri qarşısında dayanmaq, hər hansı təhriflərə yol verməmək (az da olsa bu ehtimal istisna deyil) üçün əlavə arqument verir. Yəni, Bakı və Ankaranın bu gedişi -Türkiyədə hadisəni araşdıran istintaq komissiyası yaradılması Qazaxıstanın da Kremlin təzyiqləri ilə, əlavə problemlərlə qarşılaşmasını önləmiş olur.

Əlbətə ki, heç kim Azərbaycanın böyük güclərin, dövlətlıərin qarşıdurma meydanı olmasını istəmir və ölkə rəhbərliyinin son illərdə apardığı xarici siyasət bunun qarşısını almaqda olduqca bacarıqlı görünüb. Lakin Kreml tərəfindən təyyarəmizin vurulması, əvəzində də utanmadan məsuliyyətdən və üzr istəyib təzminat ödəməkdən boyun qaçırılması, üstəlik istintaqa təzyiq cəhdləri Azərbaycana qarşı nəinki müttəfiq davranışı deyil, açıq siyasi və diplomatik təhdiddir. Bu və buna bənzər təhdidlərinsə qarşısı məhz MÜTTƏFİQ Türkiyə ilə birgə alına bilər!

C.Məmmədov

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri