Icma.az
close
up
RU
Rəsmi İrəvan Qərbi Azərbaycan həqiqətlərini fərqli istiqamətlərə yönəltməyə çalışır DEPUTAT

Rəsmi İrəvan Qərbi Azərbaycan həqiqətlərini fərqli istiqamətlərə yönəltməyə çalışır DEPUTAT

Icma.az xəbər verir, Sonxeber.az saytına əsaslanaraq.

"Rəsmi İrəvan Qərbi Azərbaycan həqiqətlərini fərqli istiqamətlərə yönəltməyə çalışır" - DEPUTAT

Qərbi Azərbaycana qayıdış cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən prioritet məsələlərdən biridir. Biz ədalətin bərqarar olunmasını istəyirik və bunu tarixi reallıqlara söykənərək Ermənistan hakimiyyətindən tələb edirik.

İndiki Ermənistan ərazisi tarixən yüz minlərlə azərbaycanlının vətəni olub. Tarixi Qərbi Azərbaycan torpaqları, xüsusilə İrəvan xanlığı Azərbaycan mədəniyyətinin və elminin mərkəzlərindən biri idi. Lakin, ermənilərin planlı şəkildə Qərbi Azərbaycana köçünün təşkili bölgədə qondarma Ermənistan dövlətinin yaradılması ilə nəticələndi. XX əsrdə etnik təmizləməni dövlət siyasəti səviyyəsinə yüksəldən ermənilər və SSRİ rəhbərliyi üç əsas mərhələdə soydaşlarımızın deportasiyasını həyata keçirdilər. Hər bir köçürmə prosesi xüsusi qəddarlıq və zorakılıqla icra olundu.

İndi Cənubi Qafqazda müstəqil və qüdrətli Azərbaycan dövləti mövcuddur və regionda bizim liderliyimizdə yeni geosiyasi konfiqurasiya formalaşıb. Rəsmi Bakı bütün haqlı tələblərini həm hüquqi müstəvidə, həm də lazım olduğu təqdirdə hərbi müstəvidə reallaşdırmaq iqtidarındadır. Qərbi Azərbaycana qayıdış strategiyası da həmçinin.

Ermənistan rəhbərliyi hər nə qədər həqiqətləri görməzdən gəlməyə çalışsa da, Azərbaycanın haqlı tələbləri beynəlxalq hüquq çərçivəsindədir.

Müki əhalinin deportasiyasını qadağan edən Cenevrə Konvensiyası, hər bir insanın öz vətəninə qayıtmaq hüququnu təsdiqləyən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, İrqi ayrı-seçkiliyin ləğvi haqqında konvensiya və bununla bağlı BMT-nin digər sənədləri ölkəmizin tələblərinin hüquqi bazasını əsaslandırır.

Rəsmi İrəvan mövcud reallıqları, beynəlxalq hüququn tələblərini bildiyi üçün Qərbi Azərbaycan həqiqətlərini fərqli istiqamətlərə yönəltmək cəhdləri edir. Ancaq, ölkə rəhbərimiz İlham Əliyevin uzaqgörən və prinsipal mövqeyi Ermənistanın geri addım atacağını şərtləndirir.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 14 Yanvar 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri