Rəsmi Moskva Nyu Yorkda Rusiya ABŞ Ukrayna danışıqları barədə məlumatları təkzib edib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya, ABŞ və Ukrayna arasında Nyu-Yorkda planlaşdırılan üçtərəfli danışıqlar barədə yayılan məlumatlar yalandır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Nyu-Yorkda heç bir üçtərəfli görüş planlaşdırılmır və keçirilməyəcək.
Qeyd edək ki, Reuters dünən Dmitriyevin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparmaq üçün ABŞ-a səfər etdiyini açıqlayıb.
Ukrayna mediası isə Nyu-Yorkda üç nümayəndə heyəti arasında enerji atəşkəsini müzakirə etmək üçün görüş keçiriləcəyi barədə məlumat yayıb. Lakin Ukrayna prezidentinin ofisi bu məlumatı təsdiqləməyib.
Bu mövzuda digər xəbərlər:Ukrayna və ABŞ prezidentləri Nyu Yorkda görüşəcək
20 Sentyabr 2025 15:07
Nyu Yorkda Ukrayna İran təmasları
25 Sentyabr 2026 13:00
Ukrayna nümayəndə heyəti Nyu Yorkda ABŞ rəsmiləri ilə görüşdü
24 Sentyabr 2026 11:13
Uitkoff Nyu Yorkda Ukrayna nümayəndələri ilə görüşəcək
27 Avqust 2025 02:55
ABŞ Rusiya Ukrayna danışıqları dayandırılıb
19 Mart 2026 11:33
Baxış sayı:132
Bu xəbər 24 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















