Rəsmi Moskvadan Türkiyənin S 400 ləri geri qaytarma xəbərinə Reaksiya
Icma.az, Mia.az saytına istinadən bildirir.
Son günlər Türkiyənin bir neçə il əvvəl Rusiyadan aldığı S-400-ləri ABŞ-dan almaq istədiyi F-35 və F-16-ların alışına qarşılıq Moskvaya geri qaytaracağı haqda xəbərlər intensivləşib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin xəbərlərdə ABŞ-ın Türkiyəyə "Əgər F-35 və F-16-ları istəyirsinizsə, S-400-ləri geri verməlisiniz" şərtindən sonra Ərdoğanın Türkmənistanın paytaxtı Aşqabadda Rusiya lideri Putinlə bu barədə müzakirə apardığı iddia olunur.
Maraqlıdır ki, Türkiyə rəsmilərinin səssiz qaldığı bu xəbərlərə rəsmi Moskvadan cavab gəlib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Aşqabadda Ərdoğanla Putin arasında S-400-lərin geri qaytarılması mövzusu ümumiyyətlə, olmayıb: "Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən son görüşdə S-400 hava hücumundan müdafiə sistemləri gündəmdə olmayıb. Yalan xəbərlərdir".
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 18 Dekabr 2025 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















